ÇAĞIRIŞAQƏDƏRKİ
HAZIRLIQ
X sinif
Х sinfin sonunda
şagird:
Azərbaycan Silahlı Qüvvələrinin yaranması, inkişafı, dövlət və hərbi· atributları, Azərbaycan Silahlı Qüvvələri və başqa silahlı birləşmələr
barədə bilikləri, Azərbaycan Respublikası Konstitusiyası və digər
qanunvericilik aktlarının hərbi xidmətə aid müddəalarını şərh edir; 13 daxili xidmət, qarnizon və qaravul xidməti,
sıra və intizam· nizamnamələrinin ümumi müddəalarını şərh edir; müasir ümumqoşun döyüşü, döyüşün növləri,
motoatıcı manqanın təşkili,· döyüş imkanları, atıcı silahlar və əl qumbaralarının
təyinatını, onların taktiki-texniki xassələrini, zirehli döyüş texnikaları
haqqında bilikləri və onlardan istifadə qaydalarını şərh edir; ərazidə xəritəsiz səmtləşmə üsullarını və
azimutlarla hərəkəti tətbiq edir;· fövqəladə hadisələr zamanı mülki müdafiə dair
biliklər nümayiş etdirir.· sağlam həyat tərzinə,
bütün növ fövqaladə hadisələr zamanı ilk tibbi yardım· göstərməyə dair bilik və bacarıqlar nümayiş edir.
Məzmun xətləri üzrə əsas və
alt-standartlar
1. Dövlət müdafiəsinin tarixi və hüquqi əsasları
Şagird:
1.1. Azərbaycan SQ-lərin yaradılması və inkişafı barədə bilik və
bacarıqlar nümayiş etdirir.
1.1.1. Dövlət və
hərbi atributları tanıyır və onları şərh edir.
1.1.2. Azərbaycan
Silahlı Qüvvələri və başqa silahlı birləşmələr barədə təqdimat edir.
1.2. Vətənin müdafiəsində vətəndaşın vəzifələri barədə biliklər nümayiş
etdirir.
1.2.1. Azərbaycan Res. Konstitusiyası və digər qanunvericilik aktlarının
hərbi xidmətə aid müddəalarını şərh edir.
1.3.SQ-lərin ümumqoşun nizamnamələri
tələblərinin tətbiqi və icrası üzrə bilik və bacarıqlar nümayiş etdirir.
1.3.1. Sıra və intizam nizamnamələrinin
ümumi müddəalarını şərh edir.
1.3.2. Daxili
Xidmət, qarnizon və qaravul xidməti nizamnamələrinin ümumi müddəalarını şərh
edir.
2. Həyat fəaliyətinin
təhlükəsizliyinin təminatı.
Şagird:
2.1. Müasir ümumqoşun döyüşü üzrə bilik və bacarıqlar nümayiş etdirir.
2.1.1. Müasir ümumqoşun döyüş və döyüş təminatı növlərini izah edir.
2.1.2. Motoatıcı
manqanın təşkili və döyüş imkanları haqqında biliyini şərh edir.
2.2. Müasir döyüş vasitələri üzrə biliklərini nümayiş etdirir.
2.2.1. Atıcı
silahların və əl qumbaralarının taktiki-texniki xassələri barədə təqdimat edir.
2.2.2. Manqanın mövqeyinin mühəndis təminatı üzrə biliklər nümayiş
etdrir.
2.2.3. Zirehli
döyüş texnikaları haqqında biliklərini şərh edir.
2.3. Topoqrafiya üzrə bacarıqlar nümayiş etdirir.
2.3.1. Ərazidə xəritəsiz
səmtləşmə üsullarını və azimutla hərəkəti tətbiq edir.
2.4. Fövqəladə hadisələr zamanı mülki müdafiəyə dair biliklər nümayiş
etdirir.
2.4.1. Fövqəladə
hadisələri təsnif edir.
2.4.2. Təbii fəlakətlər
haqqında biliklərini şərh edir.
2.4.3. Kütləvi
qırğın silahları və onların dağıdıcı vasitələri haqqında biliklərini şərh edir.
2.5. Mühafizə
vasitələrindən istifadə edir.
2.5.1. Fərdi mühafizə vasitələri haqqında
biliklərini şərh edir.
2.5.2. Kollektiv mühafizə vasitələri haqqında
biliklərini nümayiş etdirir.
3. Tibbi biliklər və ilk tibbi yardım qaydaları
Şagird:
3.1. Sağlam həyat tərzi üzrə biliklər nümayiş etdirir.
3.1.1. Sağlam həyat
tərzini təşkil edən amillər haqqında biliklərini nümayiş etdirir.
3.2. İlk tibbi yardımın göstərilməsinə dair bilik və bacarıqlar nümayiş
etdirir.
3.2.1. Yaralanma
və bədbəxt hadisə zamanı zərərçəkənlərə ilk tibbi yardım göstərir.
3.2.2.
Radioaktiv və kimyəvi maddələrdən zədələnmələr zamanı ilk tibbi yardım göstərir.
3.2.3. Bioloji vasitələrdən, yoluxucu xəstəliklərdən
mühafizə qaydalarına əməl edir.