четверг, 5 июля 2018 г.

LAYİHƏ




Azərbaycan Respublikası Təhsil Nazirliyi
Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 2-ci qrant müsabiqəsi
Çağırışaqədərki hazırlıq  müəlliminə mentor  dəstəyi”  layihəsi    

Layihənin məqsədi


Layihənin məqsədi Sumqayıt şəhərinin ÇH  müəllimlərinə müasir təhsilin və cəmiyyətin tələbləri ilə uyğunlaşması üçün  geniş spektrli pedaqoji  mentor dəstəyinin təmin edilməsidir.

Layihənin vəzifələri


Layihənin vəzifəsi Sumqayıt şəhərinin ÇH  müəllimlərinə
-ÇH fənni üzrə zəruri sənədlər üzrə metodik vəsaiti hazırlamaq;
-ÇH mentor saytı dəstəyini təmin etmək;
-Qabaqcıl təlim-tədris  təcrübələri bölüşmək və yaymaq ;
-Yeni təhsil proqramı təlimləri;
- Peşəkar ixtisasartırma təlimləri;
- İKT-nin təlimdə səmərəli tətbiqi təlimləri təşkil etməklə mentor dəstəyi təqdim etməkdir;
-ÇH müəllimlərinin təlim–tədris prosesini müasir tələblərə uyğun qurması ilə təhsilalanların fənnə qarşı marağının yüksəldilməsinə nail olmaq;
-ÇH  müəllimlərinin nüfuzunun artmasına nail olmaqdır.

Gözlənilən nəticələr 

-Çağırışaqədərki hazırlığın tədrisi üzrə peşəkarlıq səviyəsinin artırılması;
-Yeni təlim proqramı (kurikulum) tələblərinə uyğun müasir fəal və interaktiv dərslərin keçirilməsinə nail olma
-İKT vasitələrindən səriştəli istifadə, e-resursların dərs prosesində səmərəli istifadəsi;
-Keçirilən şagirdlər üçün tədbir, viktorina və  müəllim müsabiqəsi vasitəsilə fənnə qarşı marağın artırılması
-Çağırışaqədərki hazırlıq fənni üzrə qabaqcıl  pedaqoji təcrübələrin yayılması;
-Sumqayıt şəhərinin Çağırışaqədərki hazırlıq müəllimləri arasında peşəkar pedaqoq münasibətlərinin nizamlanması;
-Çağırışaqədərki hazırlıq müəllimlərinin pedaqoji nüfuzunun artırılması ilə fənnə qarşı marağın artması gözlənilir.

Комментариев нет:

Отправить комментарий