ÇAĞIRIŞAQƏDƏRKİ
HAZIRLIQ
X sinif
Х sinfin sonunda
şagird:
Azərbaycan Silahlı Qüvvələrinin yaranması, inkişafı, dövlət və hərbi· atributları, Azərbaycan Silahlı Qüvvələri və başqa silahlı birləşmələr
barədə bilikləri, Azərbaycan Respublikası Konstitusiyası və digər
qanunvericilik aktlarının hərbi xidmətə aid müddəalarını şərh edir; 13 daxili xidmət, qarnizon və qaravul xidməti,
sıra və intizam· nizamnamələrinin ümumi müddəalarını şərh edir; müasir ümumqoşun döyüşü, döyüşün növləri,
motoatıcı manqanın təşkili,· döyüş imkanları, atıcı silahlar və əl qumbaralarının
təyinatını, onların taktiki-texniki xassələrini, zirehli döyüş texnikaları
haqqında bilikləri və onlardan istifadə qaydalarını şərh edir; ərazidə xəritəsiz səmtləşmə üsullarını və
azimutlarla hərəkəti tətbiq edir;· fövqəladə hadisələr zamanı mülki müdafiə dair
biliklər nümayiş etdirir.· sağlam həyat tərzinə,
bütün növ fövqaladə hadisələr zamanı ilk tibbi yardım· göstərməyə dair bilik və bacarıqlar nümayiş edir.
Məzmun xətləri üzrə əsas və
alt-standartlar
1. Dövlət müdafiəsinin tarixi və hüquqi əsasları
Şagird:
1.1. Azərbaycan SQ-lərin yaradılması və inkişafı barədə bilik və
bacarıqlar nümayiş etdirir.
1.1.1. Dövlət və
hərbi atributları tanıyır və onları şərh edir.
1.1.2. Azərbaycan
Silahlı Qüvvələri və başqa silahlı birləşmələr barədə təqdimat edir.
1.2. Vətənin müdafiəsində vətəndaşın vəzifələri barədə biliklər nümayiş
etdirir.
1.2.1. Azərbaycan Res. Konstitusiyası və digər qanunvericilik aktlarının
hərbi xidmətə aid müddəalarını şərh edir.
1.3.SQ-lərin ümumqoşun nizamnamələri
tələblərinin tətbiqi və icrası üzrə bilik və bacarıqlar nümayiş etdirir.
1.3.1. Sıra və intizam nizamnamələrinin
ümumi müddəalarını şərh edir.
1.3.2. Daxili
Xidmət, qarnizon və qaravul xidməti nizamnamələrinin ümumi müddəalarını şərh
edir.
2. Həyat fəaliyətinin
təhlükəsizliyinin təminatı.
Şagird:
2.1. Müasir ümumqoşun döyüşü üzrə bilik və bacarıqlar nümayiş etdirir.
2.1.1. Müasir ümumqoşun döyüş və döyüş təminatı növlərini izah edir.
2.1.2. Motoatıcı
manqanın təşkili və döyüş imkanları haqqında biliyini şərh edir.
2.2. Müasir döyüş vasitələri üzrə biliklərini nümayiş etdirir.
2.2.1. Atıcı
silahların və əl qumbaralarının taktiki-texniki xassələri barədə təqdimat edir.
2.2.2. Manqanın mövqeyinin mühəndis təminatı üzrə biliklər nümayiş
etdrir.
2.2.3. Zirehli
döyüş texnikaları haqqında biliklərini şərh edir.
2.3. Topoqrafiya üzrə bacarıqlar nümayiş etdirir.
2.3.1. Ərazidə xəritəsiz
səmtləşmə üsullarını və azimutla hərəkəti tətbiq edir.
2.4. Fövqəladə hadisələr zamanı mülki müdafiəyə dair biliklər nümayiş
etdirir.
2.4.1. Fövqəladə
hadisələri təsnif edir.
2.4.2. Təbii fəlakətlər
haqqında biliklərini şərh edir.
2.4.3. Kütləvi
qırğın silahları və onların dağıdıcı vasitələri haqqında biliklərini şərh edir.
2.5. Mühafizə
vasitələrindən istifadə edir.
2.5.1. Fərdi mühafizə vasitələri haqqında
biliklərini şərh edir.
2.5.2. Kollektiv mühafizə vasitələri haqqında
biliklərini nümayiş etdirir.
3. Tibbi biliklər və ilk tibbi yardım qaydaları
Şagird:
3.1. Sağlam həyat tərzi üzrə biliklər nümayiş etdirir.
3.1.1. Sağlam həyat
tərzini təşkil edən amillər haqqında biliklərini nümayiş etdirir.
3.2. İlk tibbi yardımın göstərilməsinə dair bilik və bacarıqlar nümayiş
etdirir.
3.2.1. Yaralanma
və bədbəxt hadisə zamanı zərərçəkənlərə ilk tibbi yardım göstərir.
3.2.2.
Radioaktiv və kimyəvi maddələrdən zədələnmələr zamanı ilk tibbi yardım göstərir.
3.2.3. Bioloji vasitələrdən, yoluxucu xəstəliklərdən
mühafizə qaydalarına əməl edir.
XI sinif
ХI sinfin sonunda şagird:
Azərbaycan Silahlı Qüvvələrinin yaranması, tarixi, inkişafı, strukturu,· qoşun növləri, vəzifələri, hərbi nizamnamələrin ümumi müddəalarının,
(qarnizon qarovul xidməti, sıra, intizam, daxili xidmət nizam namələrinin) tələblərinin
tədbiqi və icrası üzrə bilik və bacarıqlar nümayiş etdirir; müasir ümumqoşun döyüşünün təşkili, döyüş təminatı,
motoatıcı tağımın· təşkili və döyüş imkanları haqqında biliklərini şərh
edir; atıcı silahlardan istifadə
qaydaları və onlara texniki xidmət barədə,· mühəndis maneələr haqqında,
mina-partlayış qurğularının ümumi quruluşu və tətbiqi üsullarını izah edir,
zirehli döyüş texnikaları ilə mübarizə üsulları barədə təqdimat edir; topoqrafik xəritələr və onlardan istifadəyə
dair təqdimatlar edir;· fövqəladə
hadisələr zamanı mülki müdafiənin təşkilinə dair təqdimat· edir; müxtəlif fərdi mühafizə
vasitələrindən, radiasiyaya nəzarət və· kimyəvi kəşfiyyat
cihazlarindan istifadə bacarıqları nümayiş etdirir; sağlamlığın mühafizəsi haqqında təqdimat
edir;· ilk tibbi
yardıma dair qaydaları tətbiq edir;· radiasiya şüalanmaları və kimyəvi zədələnmələr
zamanı ilk tibbi yardım· göstərir;
yolxucu xəstəliklərin profilaktikası və onlarla mübarizəyə dair bilik· və bacarıqlar nümayiş etdirir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Dövlət təhlükəsizliyinin
tarixi və hüquqi əsasları
Şagird:
1.1. Azərbaycan Silahlı Qüvvələrinin yaradılması və inkişafı barədə
bilik və bacarıqlar nümayiş etdirir.
1.1.1. Azərbaycan
Silahlı Qüvvələrinin yaradılması, tarixi və inkişafı haqqında təqdimat edir.
1.1.2. Azərbaycan Silahlı Qüvvələrinin, qoşun
növlərinin struktru və vəzifələri barədə təqdimat edir.
1.2. Vətənin müdafiəsində vətəndaşın
vəzifələri üzrə biliklər nümayiş etdirir.
1.2.1. Hərbi nizamnamələrin müddəalarının
yerinə yetirilməsinə dair təqdimat edir.
1.3.SQ-lərin ümumqoşun nizamnamələri tələblərinin tətbiqi və icrası üzrə
bilik və bacarıqlar nümayiş etdirir.
1.3.1. Daxili
xidmət nizamnaməsi haqqında təqdimat edir.
1.3.2. Sıra təlimi
nizamnaməsinin tələblərini yerinə yetirir.
2. Həyat fəaliyyətinin təhlükəsizliyinin təminatı
Şagird:
2.1. Müasir ümumqoşun döyüşü üzrə bilik və bacarıqlar nümayiş etdirir.
2.1.1. Müasir ümumqoşun döyüşünün təşkili və döyuş təminatı haqqında təqdimat
edir.
2.1.2. Motoatıcı
tağımın təşkili və döyüş imkanlarını şərh edir.
2.2. Müasir döyüş vasitələri üzrə bilik və bacarıqlar nümayiş etdirir.
2.2.1. Atıcı silahlardan istifadə
və onlara texniki xidmət qaydalarına əməl edir.
2.2.2. Mina-partlayış qurğularının ümumi quruluşunu, tətbiqi üsullarını
izah edir.
2.2.3. Zirehli
döyüş texnikaları ilə mübarizə üsulları barədə təqdimat edir.
2.3. Topoqrafiya üzrə bacarıqlar nümayiş etdirir.
2.3.1.
Topoqrafik xəritələrdən istifadə edir.
2.4. Fövqəladə hadisələr zamanı
mülki müdafiənin təşkilinə dair bilik və bacarıqlar nümayiş etdirir.
2.4.1. Fövqəladə hadisələr zamanı
mülki müdafiənin təşkilinə dair təqdimat edir.
2.4.2. Təbii
fəlakət zonalarında əhalinin hərəkəti və mühafizəsi barədə təqdimat edir.
2.4.3. Kütləvi
qırğın silahlarının növlərinin (nüvə, kimyəvi və bioloji, bakterioloji)
dağıdıcı vasitələri və onlardan mühafizə üsullarını şərh edir.
2.5. Mühafizə
vasitələrindən istifadə edir.
2.5.1. Fərdi
mühafizə vasitələrindən istifadə edir.
2.5.2. Radiasiya
nəzarət və kimyəvi kəşfiyyat cihazlarindan istifadə edir.
3. Tibbi biliklər və ilk tibbi yardım qaydaları
Şagird:
3.1. Sağlam həyat tərzi üzrə biliklər nümayiş etdirir.
3.1.1.
Sağlamlığın mühafizəsi haqqında təqdimat edir.
3.2. İlk tibbi yardım göstərilməsinə dair bilik və bacarıqlar nümayiş
etdirir.
3.2.1. Fövqəladə
hadisələrdə zədələnmələrin profilaktikası və ilk tibbi yardım qaydalarına əməl
edir.
3.2.2.
Radioaktiv və kimyəvi maddələrdən zədələnmələr zamanı ilk tibbi yardım göstərir.
3.2.3. Yolxucu xəstəliklərin
profilaktikası və onlarla mübarizəyə dair təqdimat edir.
Fiziki tərbiyə
X
sinif
Məzmun xətləri üzrə əsas və alt standartlar
X sinifin sonunda şagird:
hərəki qabiliyyətlərin inkişafı metodlarından və bərpaedici vasitələrdən
istifadəni izah edir; orqanizmin
funksional vəziyyətinə nəzarət və ilk tibbi yardım bacarığı nümayiş etdirir;
hərəki qabiliyyətlərin
inkişafı və qamətin korreksiyası üçün hərəkətlərdən və vasitələrdən müstəqil
istifadə edir; müxtəlif idman növlərinə
aid hərəkətləri əlverişli üsullarla yerinə yetirir;
yaş qrupuna müvafiq hərəki
qabiliyyət nümayiş etdirir;
hərəki fəaliyyət zamanı səmərəli
əməkdaşlıq qurur.
1.İnformasiya təminatı və nəzəri biliklər.
Şagird:
1.1. Hərəkətlərin
sağlamlaşdırıcı və inkişafetdirici təsiri haqqında biliklərini nömayiş etdirir.
1.1.1. Orqanizmin
ayrı-ayrı funksional sistemləri və orqanların işinə təsir göstərən hərəkətləri
izah edir.
1.1.2. Hərəkətlərin
icrasından sonra istifadə olunacaq bərpaedici vasitələr və hərəkətlərdə müstəqil
istifadə haqqında məlumat verir.
1.2. Hərəkətlərin icra
üsulunun təkmilləşdirilməsi və icra şəraiti haqqında biliklərini nümayiş
etdirir.
1.2.1. Hərəkətləri yerinə
yetirərkən icra üsullarının təkmilləşdirilməsi variantlarını sadalayır. 1.2.2.Komandalı fəaliyyətin təkmilləşdirilməsi
haqqında məlumat verir.
1.2.3. Müxtəlif təyinatlı hərəkətlərin və
oyunların icrası üsullarını və rejimlərini əsaslandırır.
1.2.4. Müxtəlif
özünümüdafiə üsullarından istifadə haqqında informasiya verir.
1.3. Hərəki qabiliyyətlərin
inkişafı haqqında məlumat verir.
1.3.1. Müxtəlif təyinatlı
sıra hərəkətlərini izah edir.
1.3.2. Əşya və alətlərdən
istifadə etməklə müxtəlif təyinatlı ümuminkişaf hərəkətləri haqqında məlumat
verir.
1.3.3.Hərəki qabiliyyətlərin
inkişafı metodları haqqında məlumat verir.
1.3.4.Bərpaedici hərəkətlərdən
və vasitələrdən müstəqil istifadə qaydalarını izah edir.
1.3.5.İlk tibbi yardım və
zədə alanın daşınması haqqında informasiya verir.
1.4. Hərəki fəaliyyətlə əlaqədar
şagird bacarıq və vərdişləri nümayiş etdirir.
1.4.1.Ümumbəşəri, milli dəyərlər
haqqında məlumat verir.
1.4.2. İdmanın millətlər
və dövlətlərarası əlaqələrin qurulmasında rolu haqqında məlumat verir.
2. Hərəki bacarıqlar və vərdişlər.
Şagird:
2.1.Şəxsiyyətin harmonik
inkişafı haqqında məlumat verir.
2.1.1. Orqanizmin
ayrı-ayrı funksialarının işinə təsir göstərən hərəkətləri icra edir. Müxtəlif təyinatlı
hərəkətlərin icrasından sonra bərpaedici vasitələrdən və hərəkətlərdən müstəqil
istifadə edir.
2.2. Hərəki fəaliyyət
zamanı əlverişli icra üsullarından istifadə bacarığı nömayiş etdirir.
2.2.1.İdman növlərinə aid olan hərəkətləri səmərəli üsullarla yerinə yetirir.
2.2.2.Komandalı fəaliyyəti,oyunları
və estafetləri texniki tələblərə uyğun olan icra üsulu ilə yerinə yetirir.
2.2.3.Müxtəlif təyinatlı
hərəkətlərin icrası zamanı əlverişli üsullar və rejimlər tətbiq edir.
2.2.4. Müxtəlif
özünümüdafiə üsullarını tətbiq edir.
2.3. Hərəki fəaliyyətin təşkili
və idarə olunması bacarıqları nümayış etdirir.
2.3.1.Sıra hərəkətlərini
təyinatına görə müstəqil icra edir.
2.3.2. Ümuminkişaf və
hazırlayıcı hərəkətləri əşya və alətlərdən istifadə etməklə yerinə yetirir.
2.3.3. Hərəki qabiliyyətlərin inkişafı üçün istifadə edilən fiziki yükün həcmini
və intensivliyini müəyyən edir.
2.3.4.Bərpaedici və
relaksiyaedici hərəkətlərdən fiziki yükün xüsusiyyətinə müvafiq istifadə edir.
2.3.5. Zədələnmələr və
funksional pozuntular zamanı ilk tibbi yardım göstərir.
3. Hərəki qabiliyyətlər.
Şagird:
3.1.Hərəki qabiliyyətlər
nümayış etdirir.
3.1.1. Dəyişən şəraitin tələblərinə
müvafiq normativlərə uyğun çeviklik nümayiş etdirir.
3.1.2. Sərbəst və geniş
amplitudalı icra zamanı normativlərə müvafiq mütəhərriklik və əzələlərin
elastikliyini nümayiş etdirir.
3.1.3. İcrası maksimum
tezlik tələb edən hərəkətləri yerinə yetirərkən normativlərə müvafiq sürət
nümayiş etdirir.
3.1.4. Məhdud vaxt
intervalında maksimum qüvvə sərfi tələb edən hərəkətlərin icrası zamanı
normativlərə müvafiq sürət-güc nümayiş etdirir.
3.1.5. Müxtəlif xarici
müqaviməti dəf edərkən normativlərə uyğun qüvvə nümayiş etdirir.
3.1.6. Təkrar və davamlı
icra prosesində normativlərə uyğun dözümlülük nümayiş etdirir.
4. Şəxsiyyətin mənəvi-
iradi xüsusiyyətinin formalaşması
Şagird:
4.1. Hərəki fəaliyyət
zamanı məqbul davranış nümayiş etdirir.
4.1.1.Birgə fəaliyyət
zamanı əməkdaşlıq nümayiş etdirir.
4.1.2. Ekstremal şəraitlərdə təmkinlilik
nümayış etdirir.
4.1.3.Təhlil əsasında
özünün hərəki fəaliyyətində korreksiyalar aparır.
XI SİNİF
XI sinifin sonunda
şagird:
orqanizmin möhkəmləndirilməsi,
hərəki qabiliyyətlərin müstəqil inkişafı· metodlarının tətbiqini izah edir; müxtəlif şəraitlərdə ilk tibbi yardımın göstərilməsi
və bərpaedici vasitələrin· tətbiqini izah edir; hərəki fəaliyyət zamanı əlverişli icra
üsulları tətbiq edir;· yaş qrupuna
müvafiq hərəki qabiliyyətlər nümayiş etdirir;· etik,
hüquqi, mənəvi normaları dəyərləndirir.· Məzmun xətləri üzrə əsas və alt standartlar
1. İnformasiya təminatı və
nəzəri biliklər.
Şagird:
1.1.Hərəkətlərin
sağlamlaşdırıcı və inkişafetdirici təsiri haqqında biliklərini nümayiş etdirir.
1.1.1. Orqanizmin
funksional sistemlərinin iş qabiliyyətini artırmaq üçün hərəkətlərin tətbiqi
qaydalarını izah .
1.1.2. Hərəkətlərin icrasından sonra bərpaedici
vasitələrdən və hərəkətlərdən müstəqil istifadəni izah edir.
1.2. Hərəkətlərin icra
üsulunun təkmilləşdirilməsi və icra şəraiti haqqında biliklərini mümayiş
etdirir.
1.2.1. Hərəkətləri yerinə
yetirərkən icra üsullarının təkmilləşdirilməsini izah edir.
1.2.2. Komandalı fəaliyyətin
təkmilləşdirilməsini əsaslandırır.
1.2.3. Müxtəlif təyinatlı
hərəkətlərin və oyunların icrası üsullarını və rejimlərini əsaslandırır.
1.2.4. Fiziki hazırlığına
uyğun özünümüdafiə üsullarının seçilməsini izah edir.
1.3. Hərəki qabiliyyətin
inkişafı haqqında məlumat verir.
1.3.1. Müxtəlif təyinatlı
sıra hərəkətlərini izah edir.
1.3.2. Əşya və alətlərdən
istifadə etməklə ümuminkişaf hərəkətlərinin təyinatını əsaslandırır.
1.3.3. Hərəki qabiliyyətlərin
inkişafı metodları haqqında məlumat verir.
1.3.4. Bərpaedici hərəkətlərdən
və vasitələrdən müstəqil istifadə qaydalarını izah edir.
1.3.5. İlk tibbi yardım və
zədə alanın daşınması haqqında informasiya verir.
1.4. Şəxsiyyətin harmonik inkişafı haqqında məlumat
verir.
1.4.1. Ümumbəşəri, milli
dəyərləri izah edir.
1.4.2. İdmanın millətlər
və dövlətlərarası əlaqələrin qurulmasında rolunu izah edir.
2. Hərəki bacarıqlar və vərdişlər
Şagird:
2.1. Mənimsədiyi bacarıq
və vərdişləri nümayiş etdirir.
2.1.1. Orqanizmin
funksional sistemlərinin və orqanlarının iş qabiliyyətinə təsir göstərən hərəkətləri
icra edir.
2.1.2. Müxtəlif təyinatlı
hərəkətlərin icrasından sonra bərpaedici vasitələrdən və hərəkətlərdən müstəqil
istifadə edir. 2.2. Hərəki fəaliyyət zamanı əlverişli icra üsullarından istifadə
bacarığı nümayiş etdirir.
2.2.1. İdman növlərinə
aid olan hərəkətləri təkmilləşmiş üsullarla yerinə yetirir.
2.2.2. Komandalı fəaliyyət
zamanı əlverişli texniki və taktiki variantları icra edir.
2.2.3. Müxtəlif təyinatlı hərəkətlərin icrası
zamanı əlverişli üsullar və rejimlər tətbiq edir.
2.2.4. Fiziki hazırlığına
və şəraitə müvafiq özünümüdafiə üsullarını tətbiq edir.
2.3. Hərəki fəaliyyətin təşkili
və idarə olunması bacarıqları nümayış etdirir.
2.3.1. Sıra hərəkətlərini
təyinatına görə müstəqil icra edir.
2.3.2. Ümuminkişaf və
hazırlayıcı hərəkətləri qamətin korreksiyası və fərdi hazırlıq məqsədi ilə icra
edir.
2.3.3. Hərəki qabiliyyətlərin inkişafı üçün
istifadə edilən fiziki yükün həcmini və intensivliyini müəyyən edir.
2.3.4. Bərpaedici və
relaksiyaedici hərəkətlərdən fiziki yükün xüsusiyyətinə müvafiq istifadə edir.
2.3.5. Zədələnmələr və
funksional pozuntular zamanı ilk tibbi yardım göstərir.
3. Hərəki qabiliyyətlər. Şagird: 3.1.Hərəki
qabiliyyətlər nümayiş etdirir.
3.1.1. Hərəki fəaliyyətinin
dəyişən şəraitin tələblərinə müvafiq qurulması zamanı normativlərə uyğun
çeviklik nümayiş etdirir.
3.1.2. Sərbəst və geniş
amplitudalı icra zamanı mütəhərriklik və əzələlərin elastikliyini nümayiş
etdirir.
3.1.3. İcrası maksimum
tezlik tələb edən hərəkətləri yerinə yetirərkən normativlərə müvafiq sürət
nümayiş etdirir. 3.1.4. Məqsədli olaraq seçilmiş və kombinə edilmiş hərəkət
komplekslərinin icrası zamanı normativlərə müvafiq sürət-güc nömayiş etdirir
3.1.5. Hərəki fəaliyyət zamanı zəruri olan
müxtəlif qüvvə növlərini normativlərə uyğun nömayiş etdirir.
3.1.6. Yarış və mübarizə
şəraitində normativlərə uyğun ümumi və xüsusi dözümlülük nümayiş etdirir.
4. Şəxsiyyətin mənəvi-iradi xüsusiyyətinin
formalaşması.
Şagird: 4.1. Hərəki fəaliyyət zamanı təqdiredici
ünsiyyət nümayiş etdirir.
4.1.1.Hərəki fəaliyyət zamanı təqdiredici
ünsiyyət nümayiş etdirir.
4.1.2. Çətin və ekstirmal şəraitdə psixoloji
dayanıqlılıq nümayiş etdirir.
4.1.3. Təhlil əsasında
özünün hərəki fəaliyyətində korreksiyalar aparır.
Azərbaycan
Tarixi
X SİNİF
X sinfin
sonunda şagird:
-
mənbələr əsasında Azərbaycanın tarixi keçmişini və müasir dövrünü müqayisə
edir, xronoloji cədvəllər hazırlayır;
- yazılı
mənbənin aid olduğu dövrü və müəllifin mövqeyini müəyyənləşdirir;
-
insanların həyat tərzindəki dəyişiklikləri mənbələr əsasında təqdim edir;
-
müxtəlif tarixi dövrlərdə Azərbaycanın geosiyasi mövqeyini dəyərləndirir,
qrafik və diaqramlar tərtib edir;
-
dövlətlərin yaranması və inkişafında müvafiq dövrün xüsusiyyətlərini
dəyərləndirir, dövlətlərarası münasibətlərdə Azərbaycanın mövqeyini şərh edir;
-
görkəmli tarixi şəxsiyyətlər haqqında referat və təqdimatlar hazırlayır;
-
Azərbaycan mədəniyyətinin inkişafını Türk-İslam mədəniyyətinin tərkib hissəsi
kimi dəyərləndirir.
Məzmun
xətləri üzrə əsas və alt-standartlar
1.Tarixi
zaman
Şagird:
1.1.
Xronologiya ilə bağlı tarixi anlayışları mənimsədiyini nümayiş etdirir.
1.1.1.
Mənbələr əsasında Azərbaycananın tarixi keçmişını və müasir dövrünü
müqayisə edir, təqdimatlar hazirlayır.
1.1.2.
Mənbələr əsasında Azərbaycanın keçmiş və müasir dövrünə dair
xronoloji cədvəllər hazırlayır.
1.2.
Mənbələr üzərində tədqiqat bacarıqları nümayiş etdirir.
1.2.1.
Tarixi hadisəyə aid yazılı mənbənin müəllifinin mövqeyini
müəyyənləşdirir.
1.2.2.
Yazılı mənbələrin, yaxud tarixi sənədin aid olduğu dövrü müəyyənləşdirir.
1.3.
İnsanların həyat tərzindəki dəyşiklikləri sivilizasiyalarla
əlaqələndirir.
1.3.1.
İnsanların həyat tərzindəki dəyişiklikləri mənbələr əsasında təqdim edir.
2. Tarixi
məkan
Şagird:
2.1.
Azərbaycan ərazisinin təbii-coğrafi şəraitini tarixi hadisə, proses və
təzahürlərlə əlaqələndirir.
2.1.1.
Müxtəlif tarixi dövrlərdə Azərbaycanın geosiyasi mövqeyini
dəyərləndirir.
2.1.2.
Müxtəlif tarixi dövrlərdə Azərbaycanın geosiyasi mövqeyinə dair qrafik və
diaqramlar tərtib edir.
3. Dövlət
Şagird:
3.1.
Azərbaycan ərazisində dövlətlərin yaranması, inkişafı və tənəzzülü ilə bağlı
bilik və bacarıqlar nümayiş etdirir.
3.1.1.
Dövlətlərin yaranması və inkişafında müvafiq dövrün
xüsusiyyətlərini dəyərləndirir.
3.1.2.
Müxtəlif dövrlərdə dövlətlərarası münasibətlərdə Azərbaycanın mövqeyini
şərh edir.
3.1.3.Azərbaycanın
sosial-iqtisadi inkişafına dair qrafik və diaqramlar tərtib edir.
4.
Şəxsiyyət
Şagird:
4.1.
Tarixi şəxsiyyətləri dövr baxımından qiymətləndirir.
4.1.1.
Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərini (I Axistan, Qara Yusif, Uzun
Həsən, Şah I İsmayıl, Şah I Abbas, Cavad xan, Ağa Məhəmməd şah Qacar və b.)
dünyanın görkəmli tarixi şəxsiyyətləri ilə müqayisə edir və dəyərləndirir.
4.1.2.
Görkəmli tarixi şəxsiyyətlər haqqında topladığı materiallara əsasən
referatlar və təqdimatlar hazırlayır.
5.
Mədəniyyət
Şagird:
5.1.
Mədəniyyət və sivilizasiyaları qiymətləndirir.
5.1.1.
Mədəniyyətin inkişafını tarixi şərait və sosial-iqtisadi vəziyyət baxımından
dəyərləndirir.
5.1.2.
Azərbaycan mədəniyyətini Türk-İslam mədəniyyətinin tərkib hissəsi kimi
qiymətləndirir.
5.1.3.
Türk-İslam mədəniyyətinin tərkib hissəsi kimi Azərbaycan mədəniyyətinin
inkişafına dair araşdırmalar aparır, referatlar və təqdimatlar
hazırlayır.
XI
SİNİF
XI sinfin
sonunda şagird:
-
mənbələr əsasında Azərbaycanın tarixi keçmişini və müasir dövrünü
dəyərləndirir, təqdimatlar hazırlayır;
- tarixi
hadisə, proses və təzahürlərin öyrənilməsi üçün müvafiq mənbələri seçir,
müxtəlif baxışları dəyərləndirir;
-
Azərbaycan xalqının formalaşmasını tarixi dövrlərlə əlaqələndirir;
-
Azərbaycanın geosiyasi mövqeyinin əhəmiyyətini dəyərləndirir, təqdimatlar
hazırlayır;
-
Azərbaycanda müxtəlif dövrlərdə mövcud olmuş dövlətlərin dövlətçilk
ənənələrinin və sivilizasiyanın inkişafında rolunu dəyərləndirir və proqnozlar
verir;
- qlobal
problemlərin həllində Azərbaycanın mövqeyini dəyərləndirir;
- tarixi
inkişafda şəxsiyyətlərin fəaliyyətini dəyərləndirir və layihələr hazırlayır;
- dünya
mədəniyyətinin inkişafında Azərbaycan mədəniyyətinin rolunu
dəyərləndirir;
-
Azərbaycan xalqının dünya mədəniyyətinə verdiyi töhfələrlə bağlı araşdırmalar
aparır, nəticələrini təqdim edir.
Məzmun
xətləri üzrə əsas və alt-standartlar
1.Tarixi
zaman
Şagird:
1.1.
Xronologiya ilə bağlı tarixi anlayışları mənimsədiyini nümayiş etdirir.
1.1.1.
Mənbələr əsasında Azərbaycanın tarixi kecmişini və müasir dövrlərini
dəyərləndirir, təqdimatlar hazırlayır.
1.1.2.
Mənbələr əsasında Azərbaycanın tarixi keçmişi və müasir dövrlərinə aid
müqayisəli sinxron cədvəllər hazırlayır.
1.2.
Mənbələr üzərində tədqiqat bacarıqları nümayiş etdirir.
1.2.1.
Mənbələrdəki eyni tarixi hadisə, proses və təzahürlər barədə müxtəlif baxışları
dəyərləndirir.
1.2.2.
Tarixi hadisə, proses və təzahürün öyrənilməsi üçün müvafiq mənbələri seçir.
1.3.
İnsanların həyat tərzindəki dəyişiklikləri sivilizasiyalarla
əlaqələndirir.
1.3.1.
Azərbaycan xalqının formalaşmasının xüsusiyyətlərini tarixi dövrlərlə
əlaqələndirir.
2. Tarixi
məkan
Şagird:
2.1.
Azərbaycan ərazisinin təbii-coğrafi şəraitini tarixi hadisə, proses və
təzahürlərlə əlaqələndirir.
2.1.1.
Azərbaycanın geosiyasi mövqeyinin əhəmiyyətini dəyərləndirir.
2.1.2.
Azərbaycanın geosiyasi mövqeyini nümayiş etdirən təqdimatlar hazırlayır.
3. Dövlət
Şagird:
3.1.
Azərbaycan ərazisində dövlətlərin yaranması, inkişafı və tənəzzülü ilə bağlı
bilik və bacarıqlar nümayiş etdirir.
3.1.1.
Müxtəlif dövrlərdə Azərbaycanda yaranmış dövlətlərin dövlətçilik ənənələrinin
və sivilizasiyanın inkişafında rolunu dəyərləndirir.
3.1.2.
Qlobal problemlərin həllində Azərbaycanın mövqeyini və apardığı siyasəti
dəyərləndirir.
3.1.3.
Mənbələr əsasında Azərbaycanın dövlətçilik tarixinə dair araşdırmalar aparır,
proqnozlar verir.
4.
Şəxsiyyət
Şagird:4.1.
Tarixi şəxsiyyətləri dövr baxımından qiymətləndirir.
4.1.1.
Tarixi hadisə və proseslərin gedişində şəxsiyyətlərin (Məmməd Əmin Rəsulzadə,
Fətəli xan Xoyski, Şeyx Məhəmməd Xiyabani, Nəriman Nərimanov, Əbülfəz Elçibəy,
Heydər Əliyev, İlham Əliyev və b.) rolunu və fəaliyyətini dəyərləndirir.
4.1.2.
Görkəmli tarixi şəxsiyyətlər haqqında layihələr hazırlayır.
5.
Mədəniyyət
Şagird:
5.1.
Mədəniyyət və sivilizasiyaları qiymətləndirir.
5.1.1.
Dünya mədəniyyətinin inkişafında Azərbaycan mədəniyyətinin rolunu
dəyərləndirir.
5.1.2.
Azərbaycanın milli mənəvi dəyərlərini Azərbaycan xalqının dünya mədəniyyətinə
töhfəsi kimi dəyərləndirir.
5.1.3.
Azərbaycan mədəniyyətinin dünya mədəniyyətinə verdiyi töhfələrlə bağlı
araşdırmalar aparır, nəticələri təqdim edir.
Azərbaycan
dili
X sinif
X sinfin
sonunda şagird:
KİV-dən dinlədiyi mətnləri şərh edir, fikirləri
real həyatla müqayisə edir;· nitqində
dil vahidlərindən, yardımçı vasitələrdən (atalar sözü, məsəllər və· sitatlar) məqsədyönlü istifadə edir; fikirlərini müxtəlif tipli (nəqli, təsviri,
mühakimə) mətnlərlə ifadə edir;· oxuduğu mətndəki
söz və ifadələri üslubi xüsusiyyətlərinə, mətnləri üslubuna· görə fərqləndirir;
müxtəlif tipli (nəqli, təsviri, mühakimə) mətnlər yazır və təkmilləşdirir;· mətnin tərtibat
formasına uyğun yazılış və durğu işarələri qaydalarına əməl· edir; müxtəlif
əməli yazılar (rəy, məruzə) yazır.· Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Dinləyib-anlama
Şagird:
1.1. Dinlədiyi fikri
anladığını nümayiş etdirir.
1.1.1. KİV-dən dinlədiyi
mətnləri şərh edir.
1.1.2. Dinlədiyi mətndəki
fikirləri real həyatla müqayisə edir.
2. Danışma Şagird:
2.1. Şifahi nitq
bacarıqları nümayiş etdirir.
2.1.1. Nitqində dil vahidlərindən məqsədyönlü
istifadə edir.
2.1.2. Nitqini zənginləşdirmək
məqsədilə atalar sözü, məsəllər və sitatlardan istifadə edir.
2.1.3. Müxtəlif mövqeli
fikirləri real hadisələrlə müqayisə edir.
2.1.4. Fikirlərini müxtəlif tipli (nəqli, təsviri,
mühakimə) mətnlərlə ifadə edir.
3. Oxu Şagird:
3.1. Mətni mənimsədiyini
nümayiş etdirir.
3.1.1. Mətndəki söz və
ifadələri üslubi xüsusiyyətlərinə görə fərqləndirir.
3.1.2. Oxuduğu mətnləri
üslubuna görə fərqləndirir.
3.1.3. Oxuduğu mətnin
tipini (nəqli, təsviri, mühakimə) müəyyənləşdirir.
4. Yazı Şagird:
4.1. Rabitəli yazı vərdişlərinə
yiyələndiyini nümayiş etdirir.
4.1.1. Müxtəlif tipli (nəqli, təsviri, mühakimə)
mətnlər yazır.
4.1.2. Mətni tipinə (nəqli, təsviri, mühakimə)
uyğun olaraq təkmilləşdirir.
4.1.3. Mətnin tərtibat
formasına uyğun yazılış və durğu işarələri qaydalarına əməl edir.
4.1.4. Müxtəlif əməli
yazılar (rəy, məruzə) yazır.
XI sinif
XI sinfin sonunda şagird:
dinlədiyi
müxtəlif janr və üslubda olan mətnlərə münasibət bildirir,· mühakimələrini əlavə fakt və nümunələrlə əsaslandırır; mənbələrə istinad etməklə əsaslandırılmış
müxtəlif tipli mətnlər qurur,· fikirlərini sərbəst ifadə edir; üslubi xüsusiyyətlərini nəzərə almaqla mətni
oxuyur;· mətni üslubi-struktur
xüsusiyyətlərinə görə təhlil edir;· müxtəlif
üslublarda mətnlər yazır və təkmilləşdirir;· üslubi
çalarlarından asılı olaraq sözləri böyük və kiçik hərflərlə yazır, durğu· işarələri qaydalarına əməl edir; müxtəlif əməli yazılar (referat, təqdimat)
yazır.· Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Dinləyib-anlama
Şagird:
1.1. Dinlədiyi fikri anladığını nümayiş
etdirir.
1.1.1. Dinlədiyi müxtəlif janr və üslubda olan
mətnlərə münasibət bildirir.
1.1.2. Dinlədiyi mətndəki
fikirlərlə bağlı mühakimələrini əlavə fakt və nü- munələrlə əsaslandırır.
2. Danışma Şagird:
2.1. Şifahi nitq
bacarıqları nümayiş etdirir.
2.1.1. Fikirlərini sərbəst
ifadə edir.
2.1.2. Yardımçı vasitələrdən
istifadə etməklə əsaslandırılmış nitq qurur.
2.1.3. Müxtəlif mənbələrə
istinad etməklə əsaslandırılmış təqdimatlar hazırlayır.
2.1.4. Fikirlərini əsaslandırmaqla
müxtəlif tipli (nəqli, təsviri, mühakimə) mətnlər qurur.
3. Oxu Şagird:
3.1. Mətni mənimsədiyini
nümayiş etdirir.
3.1.1. Mətndəki söz və ifadələri üslubi
xüsusiyyətlərinə görə izah edir.
3.1.2. Üslubi xüsusiyyətlərini
nəzərə almaqla mətni oxuyur.
3.1.3. Mətni
üslubi-struktur xüsusiyyətlərinə görə təhlil edir.
4. Yazı Şagird: 4.1.
Rabitəli yazı vərdişlərinə yiyələndiyini nümayiş etdirir.
4.1.1. Müxtəlif üslublu mətnlər
yazır.
4.1.2. Üslubi xüsusiyyətlərini
nəzərə almaqla mətni təkmilləşdirir.
4.1.3. Üslubi çalarlarından asılı olaraq sözləri
böyük və kiçik hərflərlə yazır, durğu işarələri qaydalarına əməl edir. 4.1.4.
Müxtəlif əməli yazılar (referat, təqdimat) yazır
İnformatika
X sinif
X sinfin sonunda şagird:
İnformasiya proseslərinin mərhələlərinə dair
biliklərini nümayiş etdirir.·
Kompüter-informasiya modelinin xüsusiyyətləri, yaradılmasının· mərhələlərinə dair bacarıqlar nümayiş
etdirir. Veb-səhifələr hazırlayır.· Kompüterin
şəbəkəyə qoşulmasını tənzimləyir, diaqnostik proqramlarla· işləyir.
Verilənlər bazasının əsas tərkib elementlərini, formalarını hazırlayır.· İnternetdə
telekonfranslar təşkil edir.· İnformasiya
cəmiyyətini xarakterizə edən əsas fəaliyyət sahələrinə dair· biliklər nümayiş etdirir.
1. İnformasiya və
informasiya prosesləri
Şagird:
1.1. İnformasiya prosesləri və sistemləri
haqqında biliklərini nümayiş etdirir.
1.1.1. İnformasiya
proseslərinin mərhələlərini təsnif edir.
1.1.2. İnformasiya
proseslərinin əsas mərhələlərini fərqləndirir.
1.1.3. İnformasiya
proseslərinin əsas mərhələlərini nümunələrlə şərh edir.
2. Formallaşdırma, modelləşdirmə,
alqoritmləşdirmə və proqramlaşdırma
Şagird:
2.1. Kompüter-informasiya
modelinin yaradılmasına dair bacarıqlar nümayiş etdirir.
2.1.1. Kompüter-informasiya
modelinin xüsusiyyətlərini şərh edir.
2.1.2. Kompüter-informasiya modelinin
yaradılmasının əsas mərhələlərini şərh edir.
2.1.3.
Kompüter-informasiya modelinin yaradılmasına dair təqdimatlar edir.
2.2. Alqoritmləşdirmə və
veb-proqramlaşdırma üzrə bacarıqlara yiyələndiyini nümayiş etdirir.
2.2.1.
Veb-proqramlaşdırmanın mahiyyətini izah edir.
2.2.2.
Veb-proqramlaşdırmanın əsas əmrlərini şərh edir. 2.2.3. Veb-səhifəni
hazırlayır.
2.2.4. Hazırladığı veb-səhifə
üzrə təqdimatlar edir.
3. Kompüter,
informasiya-kommunikasiya texnologiyaları və sistemləri.
Şagird:
3.1. Kompüter və sistem
proqramları ilə işləmək bacarıqları nümayiş etdirir.
3.1.1. Yeni proqramların
yüklənməsinə aid bacarıqlar nümayiş
etdirir .
3.1.2. Əməliyyat sisteminin
köməyi ilə kompüterin şəbəkəyə qoşulmasının tənzimlənməsini nümayiş etdirir.
3.1.3. Kompüterdə
diaqnostik proqramlarla işləyir.
3.2. Tətbiqi proqramlarla
işləyir. 3.2.1. Verilənlər bazasının obyektlərini nümayiş etdirir.
3.2.2. Verilənlər
bazasının əsas tərkib elementlərini, formalarını yaradır.
3.3. Müasir kommunikasiya
texnologiyaları ilə işləmək bacarıqları nümayiş etdirir.
3.3.1. Şəbəkə qurğularının iş prinsiplərini
izah edir.
3.3.2. İnternetdə
telekonfransları təşkil etmə bacarıqları nümayiş etdirir.
4. Cəmiyyətin
informasiyalaşdırılması
Şagird:
4.1. İnformasiya cəmiyyətinə dair biliklər
nümayiş etdirir.
4.1.1. İnformasiya cəmiyyətini
xarakterizə edən əsas fəaliyyət sahələrini (informasiya inqilabları,
informasiya təhlükəsizliyi, informasiya mədəniyyəti, Ehökumət, E-təhsil,
E-seçki, E-kitabxana, E-ticarət) şərh edir.
4.1.2. İnformasiya cəmiyyətini xarakterizə edən
əsas fəaliyyət sahələrinə aid təqdimatlar edir.
XI sinif
XI sinfin sonunda şagird:
Müxtəlif informasiya sistemləri haqqında biliklərini
nümayiş etdirir.· Verilmiş informasiya
prosesini modelləşdirir.· Veb-sayt
hazırlayır.· Əməliyyat sistemini tənzimləyir,
şəbəkə proqram təminatından istifadə edir.· Müəyyən sahəyə
aid verilənlər bazasının layihəsini hazırlayır.· Müasir şəbəkə
texnologiyalarından istifadə edir.· İnformasiya
cəmiyyətinin əsas əlamətlərinə dair biliklər nümayiş etdirir.·
1. İnformasiya və informasiya prosesləri
Şagird:
1.1. İnformasiya prosesləri və sistemləri
haqqında biliklərini nümayiş etdirir.
1.1.1. İnformasiya
sistemlərini təyinatına görə təsnif edir.
1.1.2. İnformasiya sistemlərini fərqləndirir.
1.1.3. Müxtəlif informasiya sistemlərini nümunələrlə
şərh edir.
2. Formallaşdırma, modelləşdirmə,
alqoritmləşdirmə və proqramlaşdırma Şagird:
2.1. Modelləşdirmə
haqqında biliklərini nümayiş etdirir.
2.1.1. Verilmiş
informasiya prosesinin modelləşdirilməsi üçün zəruri əlamətləri müəyyənləşdirir.
2.1.2. Verilmiş informasiya prosesi üçün
müvafiq modelləşdirmə formasını seçir.
2.1.3. Verilmiş informasiya
prosesinin modelini qurur.
2.2. Alqoritmləşdirmə və
veb-proqramlaşdırma üzrə bacarıqlara yiyələndiyini nümayiş etdirir.
2.2.1. Veb-layihələrin hazırlanmasının əsas mərhələlərini
şərh edir.
2.2.2. Seçilmiş mövzu üzrə
veb-layihə hazırlayır.
2.2.3. Veb-sayt yaradır.
2.2.4. Hazırlanmış veb-saytı İnternet şəbəkəsində
yerləşdirir.
3. Kompüter,
informasiya-kommunikasiya texnologiyaları və sistemləri
Şagird:
3.1. Kompüter və sistem
proqramları ilə işləmək bacarıqları nümayiş etdirir.
3.1.1. Əməliyyat
sisteminin işini idarəetmə panelinin vasitəsi ilə müxtəlif situasiyalara uyğun
olaraq tənzimləyir.
3.1.2. Şəbəkə proqram təminatından
istifadə edir.
3.2. Tətbiqi proqramlarla
işləyir.
3.2.1. Müəyyən sahəyə aid verilənlər bazasını
layihələndirir.
3.2.2. Hazırlanmış verilənlər
bazası layihəsini nümayiş etdirir.
3.3. Müasir kommunikasiya
texnologiyaları ilə işləmək bacarıqları nümayiş etdirir.
3.3.1. Müasir şəbəkə
texnologiyalarını izah edir.
3.3.2. Müxtəlif İnternet
xidmətlərinə aid təqdimatlar edir.
4. Cəmiyyətin
informasiyalaşdırılması
Şagird:
4.1. İnformasiya cəmiyyətinə
dair biliklər nümayiş etdirir
4.1.1. İnformasiya cəmiyyətini xarakterizə edən
əsas əlamətləri şərh edir.
4.1.2. İnformasiya cəmiyyətini
xarakterizə edən əsas əlamətlərə aid təqdimatlar
Biologiya
X sinif
X sinfin sonunda şagird:
* canlıları öyrənən elm sahələrinin (embriologiya, polintologiya,
genetika) xüsusiyyətlərinə, makrotəkamülə dair topladığı məlumatları təqdim
edir;
* canlıların kimyəvi tərkibində baş verən dəyişiklikləri müasir avadanlıqlardan istifadə etməklə izah edir;
* bioloji proseslərin, onda baş verən dəyişikliklərin mexanizmini şərh edir;
* insanın tarixi inkişaf mərhələlərini, insanda baş verən psixi dəyişiklikləri izah edir;
* yoluxucu xəstəliklər, onlardan qorunma yolları haqqında materiallar toplayır, sağlam həyat tərzində gigiyena qaydalarının rolunu və əhəmiyyətini dəyərləndirir;
* ekoloji problemlərin aradan qaldırılmasının irsi xəstəliklərin azalmasına təsirini əsaslandırır;
* qlobal ekoloji problemler və onların həlli yollarını, ekoloji tarazlığın qorunmasının əhəmiyyətini şərh edir.
* canlıların kimyəvi tərkibində baş verən dəyişiklikləri müasir avadanlıqlardan istifadə etməklə izah edir;
* bioloji proseslərin, onda baş verən dəyişikliklərin mexanizmini şərh edir;
* insanın tarixi inkişaf mərhələlərini, insanda baş verən psixi dəyişiklikləri izah edir;
* yoluxucu xəstəliklər, onlardan qorunma yolları haqqında materiallar toplayır, sağlam həyat tərzində gigiyena qaydalarının rolunu və əhəmiyyətini dəyərləndirir;
* ekoloji problemlərin aradan qaldırılmasının irsi xəstəliklərin azalmasına təsirini əsaslandırır;
* qlobal ekoloji problemler və onların həlli yollarını, ekoloji tarazlığın qorunmasının əhəmiyyətini şərh edir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Canlıların quruluşu və müxtəlifliyi:
Şagird:
1.1. Canlıların quruluşu və müxtəlifliyi haqqında biliklərə malik
olduğunu nümayiş etdirir.
1.1.1. Canlıları öyrənən elm sahələrinin (embriologiya,
polintologiya, genetika) xüsusiyyətlərinə dair məlumatlar toplayır, təqdimatlar
hazırlayır.
1.1.2. Canlıların kimyəvi tərkibində baş verən dəyişiklikləri izah
edir, təqdimatlar hazırlayır.
1.1.3. Müasir avadanlıqlardan istifadə etməklə canlıların kimyəvi
tərkibində baş verən dəyişiklikləri müşahidə edir, təqdimatlar hazırlayır.
1.1.4. Makrotəkamül haqqında məlumat toplayır və təqdimat hazırlayır.
2. Bioloji proseslər
Şagird:
2.1. Bioloji proseslərin tənzimlənməsinə dair bilik və bacarıqlar
nümayiş etdirir.
2.1.1. Bioloji proseslərin mexanizmini şərh edir, məruzə və
təqdimatlar hazırlayır.
2.1.2. Maddələr mübadiləsində baş verən dəyişikliklərin mexanizmini
şərh edir, təqdimatlar hazırlayır.
2.1.3. Bioloji proseslərdə baş verən dəyişikliklərin mexanizmini
müxtəlif üsullarla əsaslandırır.
3. İnsan və onun sağlamlığı
Şagird:
3.1. İnsanın biososial təbiəti haqqında bilik və bacarıqlar nümayiş
etdirir.
3.1.1. İnsanın tarixi inkişaf mərhələlərini müqayisəli şərh edir,
məruzə və referatlar hazirlayır.
3.1.2. İnsanda baş verən psixi dəyişiklikləri faktlarla izah edir,
referatlar hazırlayır.
3.2. Sağlamlığın qorunmasına dair bacarıqlar nümayiş etdirir.
3.2.1. Yoluxucu xəstəliklər, onlardan qorunma yolları haqqında
referat, təqdimat hazırlayır.
3.2.2. Sağlam həyat tərzində gigiyena qaydalarının rolunu və
əhəmiyyətini dəyərləndirir, məruzə və təqdimatlar hazırlayır.
4. Canlılar və ətraf mühit
4. Canlılar və ətraf mühit
Şagird:
4.1. Canlıların bir-biri ilə və ətraf mühitlə qarşılıqlı əlaqəsinə
dair bilik və bacarıqlar nümayiş etdirir.
4.1.1. Ekoloji problemlərin aradan qaldırılmasının irsi xəstəliklərin
azalmasına təsirini əsaslandırır.
4.2. Ətraf mühitin qorunması ilə bağlı bacarıqlar nümayiş etdirir.
4.2.1. Qlobal ekoloji problemlər və onların həlli yolları haqqında
təqdimatlar edir.
4.2.2. Təbii şəraitdə ekoloji tarazlığın qorunmasının əhəmiyyətini
şərh edir, referatlar hazırlayır.
XI sinif
XI sinfin sonunda şagird:
XI sinfin sonunda şagird:
* canlıları öyrənən elm sahələrinin (seleksiya, biotexnologiya,
bionika, mikrobiologiya) xüsusiyyətlərini, nailiyyətlərini müasir
avadanlıqlardan istifadə etməklə şərh edir;
* yer üzərində həyatın əmələ gəlməsini şərh edir, canlıların kimyəvi tərkibinə, baş verən dəyişikliklərə dair müşahidələrinin nəticələrini təqdim edir;
* bioloji proseslərin, baş verən dəyişikliklərin fərqli mexanizmlərinin xüsusiyyətlərini müqaisəli şərh edir, riyazi üsullarla əsaslandırır;
* insanın fərdi və tarixi inkişafının, psixi proseslər və orada baş verən dəyişikliklərin müqayisəli şərhinə dair təqdimatlar edir;
* insan orqanizmində baş verən xəstəliklərin hüceyrə səviyyəsində olduğunu əsaslandırır, sağlam ailənin qurulmasında sağlam həyat tərzinin rolunu dəyərləndirir;
* təbii seçməni yaşamaq uğrunda mübarizənin nəticəsi kimi əsaslandırır, regional və qlobal ekoloji problemləri əlaqələndirir.
* yer üzərində həyatın əmələ gəlməsini şərh edir, canlıların kimyəvi tərkibinə, baş verən dəyişikliklərə dair müşahidələrinin nəticələrini təqdim edir;
* bioloji proseslərin, baş verən dəyişikliklərin fərqli mexanizmlərinin xüsusiyyətlərini müqaisəli şərh edir, riyazi üsullarla əsaslandırır;
* insanın fərdi və tarixi inkişafının, psixi proseslər və orada baş verən dəyişikliklərin müqayisəli şərhinə dair təqdimatlar edir;
* insan orqanizmində baş verən xəstəliklərin hüceyrə səviyyəsində olduğunu əsaslandırır, sağlam ailənin qurulmasında sağlam həyat tərzinin rolunu dəyərləndirir;
* təbii seçməni yaşamaq uğrunda mübarizənin nəticəsi kimi əsaslandırır, regional və qlobal ekoloji problemləri əlaqələndirir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Canlıların quruluşu və müxtəlifliyi
Şagird:
1.1. Canlıların quruluşu və müxtəlifliyi haqqında biliklərə malik
olduğunu nümayiş etdirir.
1.1.1. Canlıları öyrənən elm sahələrini (seleksiya, biotexnologiya,
mikrobiologiya, bionika) xüsusiyyətlərini şərh edir, təqdimatlar hazırlayır.
1.1.2. Canlıların kimyəvi tərkibi və orada baş verən dəyişikliklərə
dair müşahidələr aparır, nəticələri barədə təqdimatlar edir.
1.1.3. Müasir avadanlıqlardan istifadə etməklə canlıları öyrənən elm
sahələrinin nailiyyətlərinə dair məruzə və təqdimatlar hazırlayır.
1.1.4. Yer üzərində həyatın əmələ gəlməsinə dair fikirləri müqayisəli
şəkildə şərh edir.
2. Bioloji proseslər
Şagird:
2.1. Bioloji proseslərin tənzimlənməsinə dair bilik və bacarıqlar
nümayiş etdirir.
2.1.1. Bioloji proseslərin mexanizminin müqaisəli şərhinə dair
referat və təqdimatlar hazırlayır.
2.1.2. Maddələr mübadiləsində baş verən dəyişikliklərin fərqli mexanizmlərini
müqayisəli şəkildə şərh edir, məruzə təqdimatlar hazırlayır.
2.1.3. Bioloji prosesdə baş verən pataloji dəyişikliklərin fərqli
mexanizmlərinin xüsusiyyətlərini riyazi üsullarla əsaslandırır və təqdimatlar
hazırlayır.
3. İnsan və onun sağlamlığı
Şagird:
3.1. İnsanın biososial təbiəti haqqında bilik və bacarıqlar nümayiş
etdirir.
3.1.1. İnsanın fərdi və tarixi inkişafına dair müqayisələr aparır,
təqdimatlar edir.
3.1.2. Psixi proseslər və orada baş verən dəyişiklikləri müqayisəli
şərh edir və referatlar hazırlayır.
3.2. Sağlamlığın qorunmasına dair bacarıqlar nümayiş etdirir.
3.2.1. İnsan orqanizmində baş verən xəstəliklərin hüceyrə
səviyyəsində olduğunu əsaslandırır, məruzə və təqdimatlar hazırlayır.
3.2.2. Sağlam ailənin qurulmasında sağlam həyat tərzinin rolunu
dəyərləndirir, məruzə və təqdimatlar hazırlayır.
4. Canlılar və ətraf mühit
4. Canlılar və ətraf mühit
Şagird:
4.1. Canlıların bir-biri ilə və ətraf mühitlə qarşılıqlı əlaqəsinə
dair bilik və bacarıqlar nümayiş etdirir.
4.1.1. Təbii seçməni yaşamaq uğrunda mübarizənin nəticəsi kimi
əsaslandırır, məruzə və referatlar hazırlayır.
4.2. Ətraf mühitin qorunması ilə bağlı bacarıqlar nümayiş etdirir.
4.2.1. Ekoloji problemlərin qlobal xarakterini dəyərləndirir, məruzə
və təqdimatlar hazırlayır.
4.2.2. Regional və qlobal ekoloji problemləri əlaqələndirir, referat
və təqdimatlar hazırlayır.
Fizikia
X sinif
X sinfin sonunda şagird:
mexaniki və istilik hadisələrinin
yaranma səbəblərini izah edir, qanun və· qanunauyğunluqlarına aid məsələlər həll edir; mexaniki və istilik hadisələrini və onları
xarakterizə edən fiziki· kəmiyyətləri əlaqəli şərh edir; maddələrin qarşılıqlı çevrilməsini onların
daxili quruluşu ilə əlaqələndirir· və buna aid məsələlər həll edir; təbiətdəki əlaqəli sistemlərdə cisimlərin və
cismin hissəciklərinin qarşılıqlı· təsirinin rolunu izah edir və bunlara aid məsələlər
həll edir; mexaniki və istilik hadisələrinə
dair qanunları təcrübədə yoxlayır, onları· xarakterizə edən fiziki kəmiyyətlər arasındakı
asılılıqları müəyyənləşdirir; fizika
elminin istilik texnikası və texniki qurğuların inkişafında rolunu· dəyərləndirir və onların tətbiqinə dair təqdimatlar
edir.
1.Fiziki hadisələr, qanunauyğunluqlar, qanunlar.
Şagird:
1.1. Fiziki hadisələrə dair
bilik və bacarıqlar nümayiş etdirir.
1.1.1. Mexaniki və istilik hadisələrinin qanun və qanunauyğunluqlarla
əlaqəsini şərh edir.
1.1.2. Mexaniki və istilik hadisələrinin qanun və
qanunauyğunluqlarına aid (qrafik, kəmiyyət və keyfiyyət tipli) məsələlər qurur
və həll edir.
1.1.3.Mexaniki və istilik hərəkətini
xarakterizə edən kəmiyyətlər arasındakı əlaqəni şərh edir.
1.1.4. Mexaniki və istilik hadisələrinin tətbiqinə dair təqdimatlar
edir.
2. Maddə və sahə, qarşılıqlı təsir, əlaqəli sistemlər.
Şagird:
2.1.Materiyanın formalarına dair bilik və bacarıqlar nümayiş etdirir
2.1.1. Maddələrin qarşılıqlı çevrilmələrini şərh edir.
2.1.2.Maddələrin qarşılıqlı çevrilmələrinə dair müxtəlif tipli məsələlər
qurur və həll edir.
2.1.3.Maddələrin xassələrini daxili quruluşuna görə şərh edir.
2.1.4.Maddələrin daxili
quruluşu ilə bağlı müxtəlif tipli məsələlər qurur və həll edir.
2.2. Təbiətdəki əlaqəli sistemlərdə qarşılıqlı təsiri mənimsədiyini
nümayiş etdirir.
2.2.1.Təbiətdəki əlaqəli sistemlərdə cisimlərin və cismin hissəciklərinin
qarşılıqlı təsirinin rolunu dəyərləndirir. 2.2.2.Əlaqəli sistemlərdə cisimlərin
və cismin hissəciklərinin qarşılıqlı təsirinə dair məsələlər həll edir.
3.Eksperimental fizika və müasir həyat.
Şagird: 3.1.Təcrübələr aparır,
nəticələri təqdim edir.
3.1.1.Mexaniki və istilik
hadisələrinə dair qanunları təcrübi üsulla yoxlayır, nəticələrini təqdim edir.
3.1.2. Mexaniki və istilik hadisələrini xarakterizə edən fiziki kəmiyyətlər
arasındakı asılılıqları müəyyənləşdirir. 3.2.Müasir həyatın inkişafında fizika
elminin rolunu mənimsədiyini nümayiş etdirir.
3.2.1.Texnikanın inkişafında iş prinsipi mexaniki və istilik hadisələrinə
əsaslanan qurğulara dair təqdimatlar edir. 3.2.2. Texnikanın (mexaniki və
istilik qurğuları) inkişafında fizika elminin roluna dair tədqiqatlar aparır, nəticələrini
təqdim edir.
XI
sinif
XI sinfin sonunda şagird:
elektromaqnit, atom, nüvə
hadisələrinin qanun və qanunauyğunluqlarını· izah edir, onlara aid məsələlər qurur; zərrəciklərin hərəkətini xarakterizə edən kəmiyyətlər
arasındakı əlaqələri· şərh edir;
maddə və sahə hissəciklərinin qarşılıqlı çevrilməsini şərh edir, onlara
aid· məsələlər qurur və həll edir;
maddələrin qarşılıqlı çevrilmələrini izah edir, onlara aid məsələlər
qurur,· həll edir; əlaqəli sistemlərdə
qarşılıqlı təsirin xüsusiyyətlərini şərh edir və onlara aid· məsələlər həll edir; elektromaqnit, atom və nüvə hadisələrinə aid
qanun və qanunauyğunluqları· təcrübədə yoxlayır, fiziki kəmiyyətlər arasındakı
asılılıqları müəyyənləşdirir; texniki
qurğuların müasir həyatda roluna, onların inkişafının fizika elminin· verdiyi töhfələrə dair referatlar hazırlayır.
1.Fiziki hadisələr, qanunauyğunluqlar, qanunlar.
Şagird:
1.1. Fiziki hadisələrə dair bilik və bacarıqlar nümayiş etdirir.
1.1.1. Elektromaqnit, atom və nüvə hadisələrinin qanun və
qanunauyğunluqlarla əlaqəsini şərh edir.
1.1.2. Elektromaqnit, atom və nüvə hadisələrinin qanun və
qanunauyğunluqlarla əlaqəsinə aid (qrafik, kəmiyyət və keyfiyyət tipli) məsələlər
qurur və həll edir.
1.1.3.Yüklü zərrəciklərin, aton və nüvədaxili zərrəciklərin hərəkətini
xarakterizə edən kəmiyyətlər arasında əlaqəni şərh edir.
1.1.4. Elektromaqnit, atom və
nüvə hadisələrinin tətbiqinə dair təqdimatlar edir.
2. Maddə və sahə, qarşılıqlı təsir,
əlaqəli sistemlər.
Şagird:
2.1.Materiyanın formalarına dair bilik və bacarıqlar nümayiş etdirir.
2.1.1. Maddə və sahə zərrəciklərinin qarşılıqlı çevrilməsini şərh
edir.
2.1.2. Maddə və sahə zərrəciklərinin qarşılıqlı çevrilmələrinə dair
müxtəlif tipli məsələlər qurur və həll edir.
2.1.3. Maddələrin qarşılıqlı çevrilmələrini və xassələrini zərrəciklərin
təbiəti ilə izah edir.
2.1.4.Maddələrin qarşılıqlı çevrilmələrində zərrəciklərin rolu ilə
bağlı müxtəlif tipli məsələlər qurur və həll edir.
2.2. Təbiətdəki əlaqəli
sistemlərdə qarşılıqlı təsiri mənimsədiyini nümayiş etdirir.
2.2.1.Təbiətdəki əlaqəli sistemlərdə (elektromaqnit,güclü və zəif)
qarşılıqlı təsirin xüsusiyyətlərini şərh edir.
2.2.2. Əlaqəli sistemlərdə (elektromaqnit, güclü və zəif) qarşılıqlı
təsirin xüsusiyyətlərinə dair məsələlər qurur və həll edir.
3.Eksperimental fizika və müasir həyat.
Şagird:
3.1.Təcrübələr aparır, nəticələri təqdim edir.
3.1.1.Elektromaqnit, atom və
nüvə hadisələrinə dair qanun və qanunauyğunluqları təcrübələrlə yoxlayır, nəticələrini
təqdim edir.
3.1.2. Elektromaqnit, atom və nüvə hadisələrini xarakterizə edən
fiziki kəmiyyətlər arasındakı asılılıqları müəyyənləşdirir.
3.2. Müasir həyatın inkişafında fizika elminin rolunu mənimsədiyini
nümayiş etdirir.
3.2.1.Texniki qurğuların müasir həyatda rolunu dəyərləndirir və müxtəlif
məzmunlu referatlar hazırlayır
3.2.2. Müasir texnikanın inkişafında fizika elminin roluna dair tədqiqatlar
aparır və referatlar hazırlayır.
Kimya
X sinif
X sinfin
sonunda şagird:
maddələrin (qeyri-üzvi, üzvi)
tərkibini, quruluşunu və xassələrini şərh edir,· onlara aid hesablamalar
aparır; qeyri-üzvi birləşmələr və üzvi
birləşmələrə (karbohidrogenlərə) aid· reaksiyaların
qanunauyğunluqlarını izah edir, hesablamalar aparır; qeyri-üzvi birləşmələr və üzvi birləşmələrə
(karbohidrogenlərə) aid müşahidə· və ekspermentlər aparır,
kimyəvi prosesləri modelləşdirir;
qeyri-üzvi birləşmələr və üzvi birləşmələrin (karbohidrogenlərin) tətbiqinə
dair· layihələr hazırlayır; qeyri-üzvi birləşmələr və üzvi birləşmələrin
(karbohidrogenlərin) ətraf mühiti· çirkləndirməsinin aradan
qaldırılmasına dair layihələr hazırlayır;
neft kimyası sahəsində görkəmli alimlər haqqında topladığı məlumatlar· əsasında referatlar hazırlayır, təqdimatlar edir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar.
1. Maddə və maddi aləm
Şagird:
1.1. Maddələrin xüsusiyyətlərinə dair bilik və bacarıqlarını nümayiş
etdirir.
1.1.1. Maddələrin (qeyri-üzvi və üzvi) tərkibini, quruluşunu, fiziki
xassələrini şərh edir, təqdimatlar hazırlayır.
1.2. Maddələr və onları təşkil edən hissəciklərin əlaqələrinə dair
bilik və bacarıqlar nümayiş etdirir.
1.2.1. Qeyri-üzvi və üzvi birləşmələrdə atomların qarşılıqlı təsirini
izah edir.
1.3. Maddələrin tərkibinə və quruluşuna aid hesablamalar aparır.
1.3.1. Qeyri-üzvi və üzvi birləşmələrin tərkibinə və quruluşuna aid hesablamalar
aparır.
2. Kimyəvi hadisələr
Şagird:
2.1. Kimyəvi hadisələrin baş vermə səbəblərini, qanunauyğunluqlarını
mənimsədiyini nümayiş etdirir.
2.1.1. Qeyri-üzvi və üzvi birləşmələrə aid reaksiyaların
qanunauyğunluqlarını izah edir.
2.2. Kimyəvi reaksiyaların tənliklərini tərtib edir və hesablamalar
aparır.
2.2.1. Qeyri-üzvi birləşmələr və üzvi birləşmələrə (karbohidrogenlərə)
aid reaksiyaların tənliklərini tərtib edir.
2.2.2. Qeyri-üzvi birləşmələr və üzvi birləşmələrə (karbohidrogenlərə)
aid reaksiyaların tənliklərinə əsasən hesablamalar aparır.
3. Eksperiment və modelləşdirmə
Şagird:
3.1. Kimyəvi hadisələrə və
onların qanunauyğunluqlarına aid eksperimentlər aparır, təqdimatlar hazırlayır.
3.1.1. Qeyri-üzvi və üzvi birləşmələrə
(karbohidrogenlərə) aid eksperimentlər aparır, təqdimatlar hazırlayır.
3.2. Molekulların quruluşunu, kimyəvi prosesləri modelləşdirir.
3.2.1. Karbohidrogenlərin quruluşunu və onlara aid kimyəvi prosesləri
modelləşdirir.
4.Kimya və həyat
Şagird:
4.1. Kimyəvi maddələrin və proseslərin tətbiqinə dair biliklər
nümayiş etdirir.
4.1.1. Qeyri-üzvi maddələr və üzvi maddələrin (karbohidrogenlərin) tətbiqinə
dair layihələr hazırlayır, təqdimatlar edir.
4.2. Ətraf mühitin kimyəvi maddələrlə çirklənməsinə və onun aradan
qaldırılmasına dair məlumatlara malik olduğunu nümayiş etdirir.
4.2.1. Qeyri-üzvi maddələr və üzvi maddələrin (karbohidrogenlərin) ətraf
mühiti çirkləndirməsini və onun aradan qaldırılması yollarını izah edir, layihələr
hazırlayır.
4.3. Kimya sahəsində görkəmli alimlərin nailiyyətləri barədə məlumatlara
malik olduğunu nümayiş etdirir.
4.3.1. Neft kimyası sahəsində görkəmli alimlər barədə referatlar
hazırlayır, təqdimatlar edir.
XI sinif
XI sinfin sonunda şagird:
maddələrin (oksigenli, azotlu üzvi birləşmələr və polimerlərin) tərkibini,· quruluşunu və xassələrini şərh edir, onlara aid hesablamalar
aparır; oksigenli, azotlu üzvi birləşmələrə,
polimerlərə aid reaksiyaların· qanunauyğunluqlarını izah edir, hesablamalar
aparır; oksigenli, azotlu üzvi birləşmələrə,
polimerlərə aid müşahidə və· ekspermentlər aparır, kimyəvi prosesləri modelləşdirir; oksigenli, azotlu üzvi birləşmələrin və
polimerlərin tətbiqinə dair layihələr· hazırlayır; oksigenli, azotlu üzvi birləşmələrin, polimerlərin
ətraf mühiti· çirkləndirilməsinin aradan qaldırılmasına dair
layihələr hazırlayır; oksigenli, azotlu
üzvi birləşmələr və polimerlər sahəsində görkəmli alimlər· haqqında referatlar hazırlayır, təqdimatlar edir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Maddə və maddi aləm
Şagird:
1.1. Maddələrin xüsusiyyətlərinə dair bilik və bacarıqlar nümayiş
etdirir.
1.1.1. Maddələrin (oksigenli,
azotlu üzvi birləşmələr və polimerlərin) tərkibini, quruluşunu, fiziki xassələrini
şərh edir, təqdimatlar hazırlayır.
1.2. Maddələr və onları təşkil
edən hissəciklərin əlaqələrinə dair bilik və bacarıqlar nümayiş etdirir.
1.2.1. Oksigenli, azotlu üzvi
birləşmələrdə atomların qarşılıqlı təsirini izah edir.
1.3. Maddələrin tərkibinə və quruluşuna aid hesablamalar aparır.
1.3.1. Oksigenli, azotlu üzvi birləşmələrin və polimerlərin tərkibinə
, quruluşuna aid hesablamalar aparır, təqdimatlar edir.
2. Kimyəvi hadisələr
Şagird:
2.1. Kimyəvi hadisələrin baş vermə səbəblərini, qanunauyğunluqlarını
mənimsədiyini nümayiş etdirir.
2.1.1. Oksigenli, azotlu üzvi birləşmələrə və polimerlərə aid
reaksiyaların qanunauyğunluqlarını izah edir.
2.2. Kimyəvi reaksiyaların tənliklərini tərtib edir və hesablamalar
aparır.
2.2.1. Oksigenli, azotlu üzvi
birləşmələr və polimerlərə aid reaksiyaların tənliklərini tərtib edir.
2.2.2. Oksigenli, azotlu üzvi birləşmələr və polimerlərə aid
reaksiyaların tənliklərinə əsasən hesablamalar aparır.
3. Eksperiment və modelləşdirmə
Şagird:
3.1. Kimyəvi hadisələrə və onların qanunauyğunluqlarına aid
eksperimentlər aparır.
3.1.1. Oksigenli, azotlu üzvi birləşmələr və polimerlərə aid
eksperimentlər aparır, təqdimatlar hazırlayır.
3.2. Molekulların quruluşunu, kimyəvi prosesləri modelləşdirir.
3.2.1. Oksigenli, azotlu üzvi
birləşmələr və polimerlərin quruluşunu, onlara aid kimyəvi prosesləri modelləşdirir.
4. Kimya və həyat
Şagird:
4.1. Kimyəvi maddələrin və proseslərin tətbiqinə dair biliklər
nümayiş etdirir
4.1.1. Oksigenli, azotlu üzvi birləşmələr və polimerlərin tətbiqinə
dair layihələr hazırlayır, təqdimatlar edir.
4.2. Ətraf mühitin kimyəvi maddələrlə çirklənməsinə və onun aradan
qaldırılmasına dair məlumatlara malik olduğunu nümayiş etdirir.
4.2.1. Oksigenli, azotlu üzvi birləşmələr və polimerlərin ətraf
mühiti çirkləndirməsini, . onun aradan qaldırılması yollarını şərh edir, layihələr
hazırlayır.
4.3. Kimya sahəsində görkəmli alimlərin nailiyyətləri barədə məlumatlara
malik olduğunu nümayiş etdirir.
4.3.1. Oksigenli, azotlu üzvi birləşmələr və polimerlər sahəsində
görkəmli alimlər barədə referatlar hazırlayır, təqdimatlar edir.
Coğrafiya
X sinif
X sinfin sonunda şagird:
· təbiət və
cəmiyyətin öyrənilməsində təbiət elmlərinin rolunu müəyyənləşdirir;
· Yerin
hərəkətinin təbiətə təsirini riyazi üsullarla əsaslandırır;
· kartoqrafik proyeksiyalar
zamanı yaranan təhriflərin səbəblərini əsaslandırır;
· xəritə üzərində
hesablamalardan istifadə edə bildiyini nümayiş etdirir;
· coğrafi təbəqənin
inkişaf mərhələlərini izah edir;
· müasir dövrdə
dünya əhalisini müxtəlif xüsusiyyətlərinə görə təhlil edir, siyasi və iqtisadi
inteqrasiyaların dünyanın idarə edilməsindəki rolunu əsaslandırır;
· dünya ölkələrini
müxtəlif xüsusiyyətlərinə görə qruplaşdırır.
Məzmun xətləri üzrə əsas
və alt-standartlar
1. Coğrafi məkan
Şagird:
1.1. Coğrafi kəşflər
nəticəsində cəmiyyətdə və xəritədə baş verən dəyişikliklərə aid bilik və
bacarıqlar nümayiş etdirir.
1.1.1. Coğrafi hadisə və
proseslərin öyrənilməsində təbiət elmlərinin qarşılıqlı əlaqəsini əsaslandırır.
1.2. Yerin Günəş
sistemində mövqeyi və hərəkətlərinə dair bilik və bacarıqlar nümayiş etdirir.
1.2.1. Yerin və digər
səma cismlərinin əmələ gəlməsinə dair məlumatlar təqdim edir.
1.2.2. Yerin hərəkətinin
təbiətə olan təsirini riyazi üsullarla əsaslandırır.
1.3. Kartoqrafik
təsvirlər üzərində bilik və bacarıqlar nümayiş etdirir.
1.3.1. Kartoqrafik
proyeksiyalar zamanı yaranan təhrifləri əsaslandırır.
1.3.2. Kartoqrafik
təsvirlər zamanı yaranan təhriflərə aid hesablamalar aparır.
2. Təbiət
Şagird:
2.1. Coğrafi təbəqədə
baş verən hadisə və proseslərin ekocoğrafi nəticələrini mənimsədiyini nümayiş
etdirir.
2.1.1. Yer qabığında
dəyişikliklərə dair proqnozlar verir.
2.1.2. Geoxronoloji
cədvəli oxuyur.
2.1.3. İqlim
dəyişmələrinə və iqlim ehtiyatlarından istifadəyə dair təqdimatlar edir.
2.1.4. İqlim
göstəricilərinə əsasən hesablamalar aparır.
2.1.5. Quru sularının
xüsusiyyətlərinə dair layihələr hazırlayır, təqdim edir.
2.1.6. Quru sularının
xüsusiyyətlərinə dair hesablamalar aparır.
2.1.7. Coğrafi təbəqənin
qanunauyğunluqlarını izah edir.
2.1.8. Coğrafi təbəqənin
sxemini qurur.
3. Cəmiyyət
Şagird:
3.1. Dünya əhalisinin
müxtəlifliyinin səbəblərinə dair bilik və bacarıqlar nümayiş etdirir.
3.1.1. Əhalinin təbii
artımının yaratdığı problemləri təhlil edir.
3.1.2. Əhalinin
sıxlığını hesablayır, nəticələrini təqdim edir.
3.2. Cəmiyyətlə
iqtisadiyyatın qarşılıqlı əlaqəsinə aid bilik və bacarıqlar nümayiş etdirir.
3.2.1. Ölkələrin
geosiyasi mövqeyini qiymətləndirir.
3.2.2. Siyasi
münaqişələrin xəritədə yaratdığı dəyişiklikləri qeyd edir.
3.2.3. ETİ-nin
təsərrüfatların ərazi və sahəvi strukturuna təsirini qiymətləndirir.
3.2.4. ETİ-nin
təsərrüfat sahələrinə təsiri sxemini qurur.
3.2.5. Qlobal ekoloji problemlərin
yaranmasında antropogen təsirin rolunu qiymətləndirir.
XI sinif
XI sinfin sonunda
şagird:
· coğrafi tədqiqatların
nəticələrinin tətbiqinin iqtisadi əhəmiyyətini izah edir;
· xəritələrdən istifadə
edərək təbiət və təsərrüfatın yerləşmə qanunauyğunluqlarını təhlil edir;
·Yer kürəsində işıq və
istiliyin paylanmasının insanın təsərrüfat fəaliyyətinə təsirini əlaqələndirir;
· coğrafi təbəqənin
cəmiyyətin sosial-iqtisadi inkişafına təsirini qiymətləndirir;
· ölkələrin həyat
səviyyəsini əhalinin həyat səviyyəsi ilə əlaqələndirir;
təbiət və
insanın qarşılıqlı əlaqəsindən yaranan problemləri izah edir və proqnozlar
verir.
Məzmun xətləri üzrə əsas
və alt-standartlar
1. Coğrafi məkan
1.1. Coğrafi kəşflər
nəticəsində cəmiyyətdə və xəritədə baş verən dəyişikliklərə aid bilik və
bacarıqlar nümayiş etdirir.
1.1.1. Coğrafi hadisə və
proseslərin cəmiyyətin həyatına təsiri ilə bağlı tədqiqatlar aparır və
nəticələrini təqdim edir.
1.2. Yerin Günəş
sistemində mövqeyi və hərəkətlərinə dair bilik və bacarıqlar nümayiş etdirir.
1.2.1. Yerin hərəkətinin
coğrafi nəticələrinin regionlar üzrə iqtisadiyyata təsirini əsaslandırır.
1.2.2. Yerin hərəkətinin
coğrafi nəticələrini xəritə üzərində iqtisadi cəhətdən qiymətləndirir.
1.3. Kartoqrafik
təsvirlər üzərində bilik və bacarıqlar nümayiş etdirir.
1.3.1.Xəritələrdə təbiət
və təsərrüfatın yerləşməsi qanunauyğunluqları və anomaliyalarına dair məruzə və
referatlar hazırlayır.
1.3.2. Kartoqrafik
təsvirlər əsasında hər hansı ərazinin fiziki-iqtisadi təsvirini verir.
2. Təbiət
Şagird:
2.1. Coğrafi təbəqədə
baş verən hadisə və proseslərin ekocoğrafi nəticələrini mənimsədiyini nümayiş
etdirir.
2.1.1. Ərazilərin
tektonik quruluşunun və təbii proseslərin ölkələrin iqtisadiyyatında rolunu
izah edir.
2.1.2. Mineral
ehtiyatların proqnozlarına dair hesablamalar aparır.
2.1.3. Atmosfer
hadisələrinin yaratdığı ekoloji problemlərə dair məlumat və təqdimatlar
hazırlayır.
2.1.4. İqlim xəritəsinə
əsasən hər hansı ərazinin iqlim şəraitini təhlil edir.
2.1.5. Hidrosferdəki
təbii sərvətləri iqtisadi və ekocoğrafi cəhətdən qiymətləndirir.
2.1.6. Hidrosferin
ekoloji cəhətdən gərgin ərazilərini kontur xəritədə qeyd edir.
2.1.7. Bioloji
ehtiyatlardan istifadəyə dair proqnozlar verir.
2.1.8. Bioloji
ehtiyatlara dair hesablamalar aparır.
3. Cəmiyyət
Şagird:
3.1. Dünya əhalisinin
müxtəlifliyinin səbəblərinə dair bilik və bacarıqlar nümayiş etdirir.
3.1.1. Əhalinin
tərkibini təhlil edir.
3.1.2. Əhalinin
tərkibinə aid sxemlər, diaqramlar hazırlayır.
3.2. Cəmiyyətlə
iqtisadiyyatın qarşılıqlı əlaqəsinə aid bilik və bacarıqlar nümayiş etdirir.
3.2.1. Beynəlxalq
inteqrasiyanın ölkələrin siyasi həyatında rolunu qiymətləndirir.
3.2.2. Xəritə üzərində
inteqrasiyaya aid olan ölkələri qruplaşdırır.
3.2.3. Beynəlxalq
iqtisadi münasibətlərin ölkələrin inkişafındakı roluna dair təqdimatlar edir.
3.2.4. İqtisadi
göstəricilərə əsasən hesablamalar aparır, sxem və diaqramlar qurur.
3.2.5. Cəmiyyətin
sosial-iqtisadi inkişafında ekoloji tarazlığın qorunmasını proqnozlaşdırır.
Комментариев нет:
Отправить комментарий