пятница, 7 сентября 2018 г.

YEKUN-HESABAT VƏ TƏLTİFETMƏ TƏDBİRİ



Azərbaycan Respublikası Təhsil Nazirliyi
Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 2-ci qrant müsabiqəsi

"ÇAĞIRIŞAQƏDƏRKİ HAZIRLIQ MÜƏLLİMLƏRİNƏ MENTOR DƏSTƏYİ“ Layihəsi

Layihə Rəhbəri : e.o. B. L-nt Vasif RAMAZANOV

Sumqayıt şəhəri İnternat tipli Gimnaziyanın Çağırışaqədərki Hazırlıq Rəhbəri

Layihə müddəti : 20.06.2018 – 20.09.2018 , Sumqayıt şəhəri

Yekun-hesabat və təltifetmə tədbiri 4 sentyabr 2018-ci il tarixində Sumqayıt şəhər, Təhsil Şöbəsinin akt zalında keçirildi. Tədbirdə Sumqayıt İcra Hakimiyyətinin, Gənclər və İdman Şöbəsinin nümayəndələri, SHXÇDX Sumqayıt şəhər şöbəsinin əməkdaşları, Sumqayıt şəhər Təhsil Şöbəsinin metod-birləşmə rəhbəri Gülbahar Haqverdiyeva və metodistləri, məktəb direktorları və Çağırışaqədərki hazırlıq rəhbərləri iştirak etdilər.
Layihə çərçivəsində GÇH və İKT üzrə mentor dəstəyi təlimləri keçmiş müəllimlərə sertifikatlar təqdim edildi. Elan olunmuş layihə   daxili müsabiqə nəticələrinə görə “Ən yaxşı elektron dərs” nominasiyasının qalibləri diplomlarla təltif olunub. Layihənin icrası zamanı dəstək göstərmiş şəxslərə təşəkkürnamələr verilib.
Layihə çərçivəsində çap olunmuş Çağırışaqədərki hazırlıq fənni üzrə metodik vəsait və layihənin saytı iştirakçılara təqdim edilib.

Vasif Muhəmməd Ramazan adlı şəxsin şəkli.Vasif Muhəmməd Ramazan adlı şəxsin şəkli.


Vasif Muhəmməd Ramazan adlı şəxsin şəkli.
Vasif Muhəmməd Ramazan adlı şəxsin şəkli.





понедельник, 3 сентября 2018 г.

YEKUN TƏDBİR


Azərbaycan Respublikası Təhsil Nazirliyi 
Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 2-ci qrant müsabiqəsi
“Çağırışaqədərki hazırlıq müəlliminə mentor dəstəyi” layihəsi

Layihənin yekun-hesabat və təltifetmə tədbiri
Tarix: 4 sentyabr 2018-ci il, saat 11.00
Ünvan: Sumqayıt Şəhər Təhsil Şöbəsi

Layihə rəhbəri: Vasif Ramazanov
Sumqayıt şəhər İnternat tipli Gimnaziyanın 
Çağırışaqədərki hazırlıq rəhbəri