Orta ümumtəhsil məktəblərində gənc nəslin Çağırışaqədərki
hazırlığı işində sıra təliminin rolu
“Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən
indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır. “
Heydər Əliyev.
Açar sözlər:
Sıra təlimi, fiziki
tərbiyə, sıra hərəkətləri
Key words:
line training, physical training, line exercise
Ключевые слова: строевая
подготовка, физическая культура,
строевые приемы
Bu gün dünya çox sürətlə inkişaf
edir. Bu prosesdən geri qalmamaq üçün, milli təhsili yüksək səviyyədə inkişaf
etdirmək günün vacib tələblərindəndir. Elə bu səbəbdəndir ki, Azərbaycan
Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq
edilmiş “AZƏRBAYCAN 2020: GƏLƏCƏYƏ BAXIŞ” inkişaf konsepsiyasında müasir təhsil
sisteminin formalaşdırılması prioritet bəndlərdən biri kimi qeyd
olunmuşdur.
Müasir dünyada təlim, təhsil, tərbiyə və möhkəm intizam bir-birini
tamamlayır. Bu haqda danışdıqda ilk növbədə
ağıla gələn məktəb olur. Bu gün məktəblərimizdə təlim-tərbiyənin və təhsil
səviyyəsinin yüksəldilməsi üçün, biz pedaqoqlar dünya təcrübəsindən
yararlanmalı, bu işdə müasir yanaşmalardan istifadə etməliyik.
Dünya təcrübəsinə müraciət etsək görərik
ki, təlim və tərbiyə ilə məşğul olan müxtəlif
təyinatlı qurumlar intizamın yüksəldilməsi məqsədilə bir çox üsul və vasitələrdən
istifadə edirlər. Sıra təliminin bu vasitələrdən biri olduğunu söyləsək
yanılmarıq. Respublikamızın orta ümumtəhsil məktəblərində həftədə 2 saat
olmaqla “Fiziki tərbiyə” və “Gənclərin çağırışaqədərki hazırlığı” fənnləri tədris
olunur (İxtisaslar üzrə təmayülləşmiş məktəblərdə həftədə 1saat olmaqla). Bu fənlərin
tədrisi zamanı şagirdlərə “Sıra təlimi”nin bəzi elementləri öyrədilir. Məktəb həyatını və keçirilən əksər
tədbirləri sırasız təsəvür etmək olmur. Sıra düzülüşü nizam-intizamın əsas meyarlarından
biridir. Pedoqoji fəaliyyətimiz zamanı, düzğün qurulmuş təlim proesesində,
şagirdlərin sıra fəndlərini böyük həvəslə öyrəndiklərinin və yerinə yetirdiklərinin şahidi oluruq. Məktəblilərin sıra təlimi məşqlərinin
düzgün planlaşdırılması və həyata keçirilməsi
peşəkarlıq tələb edir. Məhz bu səbəbdən,
gənclərin çağırışaqədərki rəhbərlərinin və fiziki tərbiyə müəllimlərinin ən çox
çətinlik çəkdiyi bu sahədə müsbət nəticələr əldə etməsi üçün, həm pedaqoji bacarıqlara və biliklərə, həm də müvafiq
praktiki təcrübəyə malik olması vacib şərtlərdən biridir.
Məktəblərdə sıra təlimi, şagirdlərin
aşağıdakı xüsusiyyətlərə nail olması məqsədi
ilə həyata keçirilir :
- intizamlı
olmaq, tapşırıqları tez və dəqiq yerinə yetirmək;
- qrupla hərəkətlər
zamanı kollektivə rahat uyğunlaşa bilmək;
- fiziki cəhətdən
daha sağlam, güclü, dözümlü və çevik olmaq.
Bundan
əlavə sıra hazırlığı, gələcəkdə ordu həyatına uyğunlaşmanı və hərb işinin öyrənilməsini asanlaşdırır, gənclərə nümunəvi xidmət üçün əlavə
motivasiya verir. [1]
Məktəblərdə 1-ci sinifdən başlayaraq tədris
olunan fiziki hazırlıq fənni, məktəblilərin həyatını hərtərəfli əhatə edərək,
onların sağlamlığını və inkişafını gücləndirmək məqsədi daşıyır. Həmçinin tədris
zamanı verilən tapşırıqların yerinə yetirilməsi üçün daxili imkanları səfərbər
etməyə xidmət edir. Sıra təliminin tərbiyəvi məqsədini, məktəblilərdə intizam hissinin yaranması və möhkəmlənməsi,
həmçinin məktəbin daxili qayda-qanununa şüurlu surətdə riayət edilməsi kimi
xarakterizə etmək olar. Bu məqsədə nail olmaq üçün, fiziki hazırlıq və gənclərin
çağırışaqədərki hazırlığı fənlərinin tədrisi ilə yanaşı, məktəbdə həyata
keçirilən hərbi-vətənpərvərlik tədbirləri də böyük rol oynayır. Bu tədbirlərə,
dövlət himninin oxunması, dövlət bayrağının gətirilməsi və qaldırılması, ölkəmizin
müstəqillik günü və Silahlı Qüvvələrimizin yaranması münasibətilə məktəblilərin
təntənəli düzülüşlərdə iştirakı, dərs ilinin başlanması və qurtarması münasibətilə
sıra düzülüşləri, Şəhidlər Xiyabınının ziyarət edilməsi, Böyük Vətən müharibəsi
və Qarabağ veteranlarının qarşılanması,
hərbi-idman oyunlarının keçirilməsi aiddir. Belə tədbirlər, yeniyetmələrin sıra
bacarıqlarını daha da təkmilləşdirir və onlarda vətənə sevgi hisslərinin
artmasına səbəb olur. [2]
Sıra təlimi
əsasən, şagirdlərin fiziki inkişafı ilə yanaşı, həm də psixoloji inkişafını sürətləndirən
praktiki fəaliyyət növüdür. Mürəkkəb fəndlər şifahi şəkildə izah olunur. Qalan
bütün hallarda məşqlər , sıra fəndlərinin və elementlərinin göstərilməsi ilə həyata
keçirilir. Bu məşqlərin keçirilməsi metodikası, “bax və təkrar et” prinsipi əsasında
şagirdlərin, öz müəllimlərinin və ya məşq rəhbərinin icra etdiyi sıra fəndlərini
eyni ilə təkrarlamasıdır. [3]
Məşqlər
- Sıra təliminin əsasını təşkil edir və yeniyetmələrə güclü tərbiyəvi və
psixoloji təsir göstərir. Sıra fəndlərinin israrla təkrarı, əzm və iradə tələb
edir ki, məşq edənlər ancaq bu yolla qüsursuz və mükəmməl vərdişlərə nail ola
bilərlər. Məşqlərin oyun və yarış
xarakterində təşkil olunması tövsiyyə olunur ki, bu da məktəblilərin həvəslə
məşq etməsinə, bir-birinə kömək etməsinə və fəndlərin yüksək səviyyədə yerinə
yetirilməsinə səbəb olur. Məşqlər zamanı məktəblilərin yaş xüsusiyyətlərinin nəzərə
alınması vacib şərtlərdən biridir.
Sıra
duruşu, sıra təliminin əsas elementidir. Düzgün sıra duruşuna nail olmaq üçün,
imkan daxilində bütün dərslərdə, tədbirlərdə və yarışlarda, şagirdlərin bu vərdişlərə
yiyələnməsinə nail olmaq lazımdır. Bunun üçün hər zaman şagirdləri müşahidə etmək və onların səhvlərini
doğru şəkildə başa salmaq lazımdır. Bu fəaliyyət zamanı yuxarı sinif şagirdlərinin
özlərindən kiçiklərə nümünə olmasına çalışmaq lazmdır.
Sıra təlimi, özündə fərdi və kollektiv məşqləri
birləşdirir. Bu məşqlərdə, sıra vərdişləri ilə yanaşı, gözəl qamət və sağlam bədən
quruluşu , düzgün yeriş, həmçinin cəldlik və əzmkarlıq formalaşır. Bundan əlavə kollektivə
uyğunlaşmaq, komanda ruhu və yoldaşlıq, məsuliyyət hissi, intizamlılıq, özünə
inam və hörmət, ani reaksiya göstərmək, öz hisslərini ifadə etmək bacarığı və
liderlik kimi qabiliyyətləri inkişaf etdirir. Sıra təlimlərinin köməyi ilə
yeniyetmələr təmkinli olmağa və zamana riayət etməyə öyrənir.Çalışmaq lazımdır
ki, məktəblilər bu vərdişlərə şüurlu surətdə dərk edərək yiyələnsinlər, çünki yaş
artdıqca bu keyfiyyətlərin formalaşması mürəkkəb prosesə çevrilir. [4]
Sıra təlimi, yeniyetmələrin intizamlı olmasına və
icra qabiliyyətinin yüksəlməsinə səbəb olduğu üçün, gənc nəslin müstəqil həyata
hazırlığında mühüm rol oynayır. Məşqlər
zamanı bütün tapşırıqlar, hamı tərəfindən eyni dəqiqliklə və eyni güc sərf etməklə
yerinə yetirilməlidir ( Hamı bir nəfər üçün, bir nəfər hamı üçün).
Məktəblilərin sıra təlimin
əsasını fərdi məşqlər təşkil edir ki, bu
da hər bir şagirdin sıra fəndlərinin düzgün yerinə yetirməyinə səbəb olur. Təlimin
uğurlu olması üçün, təlim rəhbəri hər zaman öz üzərində çalışmalı, öz metodiki
ustalığını və sıra bacarıqlarını daha da artırmalıdır. Bütün dərslərə, məşqlərə
və tədbirlərə ciddi hazırlaşmalı, sıra fəndlərini və hərəkətlərini nümunəvi şəkildə
ilk növbədə şəxsən özü icra edərək göstərməli, şagirdlərin səhvini düzəltməli və
hər zaman onların sıra bacarıqlarının artması üçün, bütün imkanlardan istifadə
etməlidir.
Sıra təlimi məşqlərinin, xüsusi hazırlanmış və asfalt örtüyü olan sıra meydançalarında keçirilməsi daha məqsədə uyğundur. Pedaqoji və hərbi təcrübəyə əsaslanaraq, sıra məşqlərinin aşağıdakı ardıcıllıqla təşkil edilməsi tövsiyə edilir :
Sıra təlimi məşqlərinin, xüsusi hazırlanmış və asfalt örtüyü olan sıra meydançalarında keçirilməsi daha məqsədə uyğundur. Pedaqoji və hərbi təcrübəyə əsaslanaraq, sıra məşqlərinin aşağıdakı ardıcıllıqla təşkil edilməsi tövsiyə edilir :
- Birinci dərsdə şagirdlər boy sırası ilə düzülür. Növbəti dərslərdə
artıq hər kəs öz yerini boy sırasına uyğun tutur. Hər yeni dərsdə xarici görkəmə baxış
keçirilir.
- İlk sıra fəndi komanda verilərək və şəxsən
icra edilərək göstərilir. Nümunəvi şəkildə
fəndin texnikası nümayiş etdirilir, əvvəlcə hissə-hissə, sonra isə tam şəkildə
izah edilir.
- Bütün fəndlər və hərəkətlər, şagirdlərin
hamısının yaxşı görə biləcəyi yerdə icra edilir. Sadə fəndləri bütövlükdə, mürəkkəb
fəndlər isə hissə-hissə məşq etdirilir.
Sıra fəndlərinin və hərəkətlərinin
şagirdlər tərəfindən icrasını aşağdakı ardıcıllıqla təşkil edirik:
- Öyrənilən fəndin və ya hərəkətin,
nümunəvi şəkildə icrası ;
- Göstərilən fəndin və ya hərəkətin
şagirdlər tərəfindən qrup və ya fərdi şəkildə yerinə yetirilməsi ;
- Fəndin cəld və dəqiq məşqi ;
- Hər bir şagirdin fəndi yerinə yetirməsini
yoxlamaq.
Fəndlərin yerinə yetirilməsi məşqləri, şagirdlərin dərk edərək təkrar
etməsindən, bacarıq və vərdişlərinin artmasından ibarətdir. İlk vaxtlar məşqlər
zəif, sonra isə tədricən normal tempdə davam etdirilir. Şagirdlər, bir-birinə
növbə ilə komanda verərək cüt-cüt də məşq edə bilərlər. Səhvlər məşqin gedişində
aradan qaldırılır. Bu zaman fəndlərin nizamnaməyə uyğun yerinə yetirilməsinə
ciddi fikir verilməlidir.
Nöqsanlar fərdi qaydada bildirilir. Fəndi yerinə yetirərkən səhv edən şagirdi kənara çağrıraraq nöqsanı izah etmək və hərəkəti təkrar etməyə həvəsləndirmək lazımdır. Əgər şagird yenidən səhv edərsə, rəhbər pedaqoji ustalıqla bir daha izah etməli və fəndin düzgün terinə yetirilməsinə tam nail olmalıdır. İstənilən nəticələrə nail olunması üçün təcrübədə əsas iki üsuldan istifadə olunur :
1. Cəzalandırma üsulu – bu üsulun tətbiqinin əsas xüsusiyyəti nəticələrin tez bir vaxtda əldə olunmasıdır. Lakin bu zaman öyrədənlə öyrənənlər arasındakı qarşılıqlı münasibətlər pozulur, mənəvi bağlılıq itir.
Nöqsanlar fərdi qaydada bildirilir. Fəndi yerinə yetirərkən səhv edən şagirdi kənara çağrıraraq nöqsanı izah etmək və hərəkəti təkrar etməyə həvəsləndirmək lazımdır. Əgər şagird yenidən səhv edərsə, rəhbər pedaqoji ustalıqla bir daha izah etməli və fəndin düzgün terinə yetirilməsinə tam nail olmalıdır. İstənilən nəticələrə nail olunması üçün təcrübədə əsas iki üsuldan istifadə olunur :
1. Cəzalandırma üsulu – bu üsulun tətbiqinin əsas xüsusiyyəti nəticələrin tez bir vaxtda əldə olunmasıdır. Lakin bu zaman öyrədənlə öyrənənlər arasındakı qarşılıqlı münasibətlər pozulur, mənəvi bağlılıq itir.
2.Rəğbətləndirmə üsulu
– bu üsulun tətbiqi ilə nəticələr gec alınsa da, öyrədənlə öyrənənlər arasında
müsbət münasibətlər formalaşır,qarşılıqlı dostluq yaranır və mənəvi bağlılıq
güclənir.
Şagirdlərin mənimsəmə dərəcəsini təyin
etmək üçün rəhbər, məşqlər zamanı mütamadı olaraq öyrənilən fəndin və ya hərəkətin,
texniki cəhətdən və yerinə yetirilmə cəldliyinə görə komanda ilə icrasını
yoxlayır. Rəhbər sıra fəndlərinin və hərəkətlərinin
yerinə yetirilməsi zamanı yol verilən xarakterik nöqsanları dəqiq bilməli və
vaxtında xəbərdarlıq etməlidir. [3]
Hər bir məşq, əvvəlki məşqlərlə əlaqəli olub,fənd və hərəkətlərin
kompleks şəkildə öyrənilməsini təmin edir və
“Sıra təliminin əsasları” bölməsinə uyğun olaraq vərdişləri möhkəmləndirir.
Məktəblərdə
sıra təliminin son məqsədi, məktəblilərin əqli yaradıcılığa və hərəkət
aktivliyinə, həmçinin komanda ruhuna nail olması kimi təyin olunur. Pedaqoq və
şagirdlərin qarşılıqlı anlaşması, sıra təlimi zamanı tapşırıqların dəqiq yerinə
yetirilməsinə və qarşıya qoyulan hədəflərə çatmasına səbəb olur. Sıra təliminin
vacibliyini vurğulayarkən, məktəblilərin motivasiya olunmasını, sağlam həyat tərzinə
üstünlük vermələrini və vətənpərvərlik hisslərinin artmasını hökmən qeyd etmək
lazımdır.
Ümumtəhsil məktəblərində nəzərdə tutulan proqramlar
gənclərin çağırışaqədərki hazırlığını təşkil edir ki, bu da gənc əsgərin
hazırlıq kursunun baza hissəsini təşkil edir. Çağırışaqədərki hazırlıq
proqramını mənimsəmiş gənclərin orduda hazırlıq prosesi asan və sonrakı xidməti
isə daha uğurlu olur.
İstifadə olunan ədəbiyyat:
1.Н. Н. Новиков, А.П.Степанский ;
«Строевая подготовка» ; Санкт-Петербург
2003.
2.Учебник по ОБЖ ,10 класс. Авторы: Смирнов А.Т. Хренников Б.О.
Издание: 5-е изд., перераб. - М.:Просвещение, 2013. Ст.
306-308.
4. Silahlı
Qüvvələrin Sıra nizamnaməsi.
Xülasə
Məqalədə orta ümumtəhsil məktəblərində sıra
hazırlığının məqsəd və əhəmiyyəti təsvir
edilir.
Resume
The article
refers to the purpose and importance marching training in general education
establishments.
Резюме
В статье говорится о целях и значимости строевой подготовки в общеобразовательных учебных заведениях.
Комментариев нет:
Отправить комментарий