Standartlar

ÇAĞIRIŞAQƏDƏRKİ HAZIRLIQ

X sinif
Х sinfin sonunda şagird: 
Azərbaycan Silahlı Qüvvələrinin yaranması, inkişafı, dövlət və hərbi· atributları, Azərbaycan Silahlı Qüvvələri və başqa silahlı birləşmələr barədə bilikləri, Azərbaycan Respublikası Konstitusiyası və digər qanunvericilik aktlarının hərbi xidmətə aid müddəalarını şərh edir; 13  daxili xidmət, qarnizon və qaravul xidməti, sıra və intizam· nizamnamələrinin ümumi müddəalarını şərh edir;  müasir ümumqoşun döyüşü, döyüşün növləri, motoatıcı manqanın təşkili,· döyüş imkanları, atıcı silahlar və əl qumbaralarının təyinatını, onların taktiki-texniki xassələrini, zirehli döyüş texnikaları haqqında bilikləri və onlardan istifadə qaydalarını şərh edir;  ərazidə xəritəsiz səmtləşmə üsullarını və azimutlarla hərəkəti tətbiq edir;·  fövqəladə hadisələr zamanı mülki müdafiə dair biliklər nümayiş etdirir.·  sağlam həyat tərzinə, bütün növ fövqaladə hadisələr zamanı ilk tibbi yardım· göstərməyə dair bilik və bacarıqlar nümayiş edir.
 Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Dövlət müdafiəsinin tarixi və hüquqi əsasları
 Şagird:
1.1. Azərbaycan SQ-lərin yaradılması və inkişafı barədə bilik və bacarıqlar nümayiş etdirir.
1.1.1. Dövlət və hərbi atributları tanıyır və onları şərh edir.
1.1.2. Azərbaycan Silahlı Qüvvələri və başqa silahlı birləşmələr barədə təqdimat edir.
1.2. Vətənin müdafiəsində vətəndaşın vəzifələri barədə biliklər nümayiş etdirir.
1.2.1. Azərbaycan Res. Konstitusiyası və digər qanunvericilik aktlarının hərbi xidmətə aid müddəalarını şərh edir.
 1.3.SQ-lərin ümumqoşun nizamnamələri tələblərinin tətbiqi və icrası üzrə bilik və bacarıqlar nümayiş etdirir.
 1.3.1. Sıra və intizam nizamnamələrinin ümumi müddəalarını şərh edir.
1.3.2. Daxili Xidmət, qarnizon və qaravul xidməti nizamnamələrinin ümumi müddəalarını şərh edir.
2. Həyat fəaliyətinin təhlükəsizliyinin təminatı.
Şagird:
2.1. Müasir ümumqoşun döyüşü üzrə bilik və bacarıqlar nümayiş etdirir.
2.1.1. Müasir ümumqoşun döyüş və döyüş təminatı növlərini izah edir.
2.1.2. Motoatıcı manqanın təşkili və döyüş imkanları haqqında biliyini şərh edir.
2.2. Müasir döyüş vasitələri üzrə biliklərini nümayiş etdirir.
2.2.1. Atıcı silahların və əl qumbaralarının taktiki-texniki xassələri barədə təqdimat edir.
2.2.2. Manqanın mövqeyinin mühəndis təminatı üzrə biliklər nümayiş etdrir.
2.2.3. Zirehli döyüş texnikaları haqqında biliklərini şərh edir.
2.3. Topoqrafiya üzrə bacarıqlar nümayiş etdirir.
2.3.1. Ərazidə xəritəsiz səmtləşmə üsullarını və azimutla hərəkəti tətbiq edir.
2.4. Fövqəladə hadisələr zamanı mülki müdafiəyə dair biliklər nümayiş etdirir.
2.4.1. Fövqəladə hadisələri təsnif edir.
2.4.2. Təbii fəlakətlər haqqında biliklərini şərh edir.
2.4.3. Kütləvi qırğın silahları və onların dağıdıcı vasitələri haqqında biliklərini şərh edir.
2.5. Mühafizə vasitələrindən istifadə edir.
 2.5.1. Fərdi mühafizə vasitələri haqqında biliklərini şərh edir.
 2.5.2. Kollektiv mühafizə vasitələri haqqında biliklərini nümayiş etdirir.
3. Tibbi biliklər və ilk tibbi yardım qaydaları
Şagird:
3.1. Sağlam həyat tərzi üzrə biliklər nümayiş etdirir.
3.1.1. Sağlam həyat tərzini təşkil edən amillər haqqında biliklərini nümayiş etdirir.
3.2. İlk tibbi yardımın göstərilməsinə dair bilik və bacarıqlar nümayiş etdirir.
3.2.1. Yaralanma və bədbəxt hadisə zamanı zərərçəkənlərə ilk tibbi yardım göstərir.
3.2.2. Radioaktiv və kimyəvi maddələrdən zədələnmələr zamanı ilk tibbi yardım göstərir.
 3.2.3. Bioloji vasitələrdən, yoluxucu xəstəliklərdən mühafizə qaydalarına əməl edir.


XI sinif
ХI sinfin sonunda şagird: 
Azərbaycan Silahlı Qüvvələrinin yaranması, tarixi, inkişafı, strukturu,· qoşun növləri, vəzifələri, hərbi nizamnamələrin ümumi müddəalarının, (qarnizon qarovul xidməti, sıra, intizam, daxili xidmət nizam namələrinin) tələblərinin tədbiqi və icrası üzrə bilik və bacarıqlar nümayiş etdirir;  müasir ümumqoşun döyüşünün təşkili, döyüş təminatı, motoatıcı tağımın· təşkili və döyüş imkanları haqqında biliklərini şərh edir;  atıcı silahlardan istifadə qaydaları və onlara texniki xidmət barədə,· mühəndis maneələr haqqında, mina-partlayış qurğularının ümumi quruluşu və tətbiqi üsullarını izah edir, zirehli döyüş texnikaları ilə mübarizə üsulları barədə təqdimat edir;  topoqrafik xəritələr və onlardan istifadəyə dair təqdimatlar edir;·  fövqəladə hadisələr zamanı mülki müdafiənin təşkilinə dair təqdimat· edir;  müxtəlif fərdi mühafizə vasitələrindən, radiasiyaya nəzarət və· kimyəvi kəşfiyyat cihazlarindan istifadə bacarıqları nümayiş etdirir;  sağlamlığın mühafizəsi haqqında təqdimat edir;·  ilk tibbi yardıma dair qaydaları tətbiq edir;·  radiasiya şüalanmaları və kimyəvi zədələnmələr zamanı ilk tibbi yardım· göstərir;  yolxucu xəstəliklərin profilaktikası və onlarla mübarizəyə dair bilik· və bacarıqlar nümayiş etdirir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
 1. Dövlət təhlükəsizliyinin tarixi və hüquqi əsasları
Şagird:
1.1. Azərbaycan Silahlı Qüvvələrinin yaradılması və inkişafı barədə bilik və bacarıqlar nümayiş etdirir.
1.1.1. Azərbaycan Silahlı Qüvvələrinin yaradılması, tarixi və inkişafı haqqında təqdimat edir.
 1.1.2. Azərbaycan Silahlı Qüvvələrinin, qoşun növlərinin struktru və vəzifələri barədə təqdimat edir.
 1.2. Vətənin müdafiəsində vətəndaşın vəzifələri üzrə biliklər nümayiş etdirir.
 1.2.1. Hərbi nizamnamələrin müddəalarının yerinə yetirilməsinə dair təqdimat edir.
1.3.SQ-lərin ümumqoşun nizamnamələri tələblərinin tətbiqi və icrası üzrə bilik və bacarıqlar nümayiş etdirir.
1.3.1. Daxili xidmət nizamnaməsi haqqında təqdimat edir.
1.3.2. Sıra təlimi nizamnaməsinin tələblərini yerinə yetirir.
2. Həyat fəaliyyətinin təhlükəsizliyinin təminatı
 Şagird:
2.1. Müasir ümumqoşun döyüşü üzrə bilik və bacarıqlar nümayiş etdirir.
2.1.1. Müasir ümumqoşun döyüşünün təşkili və döyuş təminatı haqqında təqdimat edir.
2.1.2. Motoatıcı tağımın təşkili və döyüş imkanlarını şərh edir.
2.2. Müasir döyüş vasitələri üzrə bilik və bacarıqlar nümayiş etdirir.
 2.2.1. Atıcı silahlardan istifadə və onlara texniki xidmət qaydalarına əməl edir.
2.2.2. Mina-partlayış qurğularının ümumi quruluşunu, tətbiqi üsullarını izah edir.
2.2.3. Zirehli döyüş texnikaları ilə mübarizə üsulları barədə təqdimat edir.
2.3. Topoqrafiya üzrə bacarıqlar nümayiş etdirir.
2.3.1. Topoqrafik xəritələrdən istifadə edir.
 2.4. Fövqəladə hadisələr zamanı mülki müdafiənin təşkilinə dair bilik və bacarıqlar nümayiş etdirir.
 2.4.1. Fövqəladə hadisələr zamanı mülki müdafiənin təşkilinə dair təqdimat edir.
2.4.2. Təbii fəlakət zonalarında əhalinin hərəkəti və mühafizəsi barədə təqdimat edir.
2.4.3. Kütləvi qırğın silahlarının növlərinin (nüvə, kimyəvi və bioloji, bakterioloji) dağıdıcı vasitələri və onlardan mühafizə üsullarını şərh edir.
2.5. Mühafizə vasitələrindən istifadə edir.
2.5.1. Fərdi mühafizə vasitələrindən istifadə edir.
2.5.2. Radiasiya nəzarət və kimyəvi kəşfiyyat cihazlarindan istifadə edir.
3. Tibbi biliklər və ilk tibbi yardım qaydaları
Şagird:
3.1. Sağlam həyat tərzi üzrə biliklər nümayiş etdirir.
3.1.1. Sağlamlığın mühafizəsi haqqında təqdimat edir.
3.2. İlk tibbi yardım göstərilməsinə dair bilik və bacarıqlar nümayiş etdirir.
3.2.1. Fövqəladə hadisələrdə zədələnmələrin profilaktikası və ilk tibbi yardım qaydalarına əməl edir.
3.2.2. Radioaktiv və kimyəvi maddələrdən zədələnmələr zamanı ilk tibbi yardım göstərir.
3.2.3. Yolxucu xəstəliklərin profilaktikası və onlarla mübarizəyə dair təqdimat edir.


Fiziki tərbiyə

X sinif
Məzmun xətləri üzrə əsas və alt standartlar
X sinifin sonunda şagird: 
hərəki qabiliyyətlərin inkişafı metodlarından və bərpaedici vasitələrdən istifadəni izah edir;  orqanizmin funksional vəziyyətinə nəzarət və ilk tibbi yardım bacarığı nümayiş etdirir;
 hərəki qabiliyyətlərin inkişafı və qamətin korreksiyası üçün hərəkətlərdən və vasitələrdən müstəqil istifadə edir;  müxtəlif idman növlərinə aid hərəkətləri əlverişli üsullarla yerinə yetirir;
  yaş qrupuna müvafiq hərəki qabiliyyət nümayiş etdirir;
 hərəki fəaliyyət zamanı səmərəli əməkdaşlıq qurur.
1.İnformasiya təminatı və nəzəri biliklər.
 Şagird:
1.1. Hərəkətlərin sağlamlaşdırıcı və inkişafetdirici təsiri haqqında biliklərini nömayiş etdirir.
1.1.1. Orqanizmin ayrı-ayrı funksional sistemləri və orqanların işinə təsir göstərən hərəkətləri izah edir.
1.1.2. Hərəkətlərin icrasından sonra istifadə olunacaq bərpaedici vasitələr və hərəkətlərdə müstəqil istifadə haqqında məlumat verir.
1.2. Hərəkətlərin icra üsulunun təkmilləşdirilməsi və icra şəraiti haqqında biliklərini nümayiş etdirir.
1.2.1. Hərəkətləri yerinə yetirərkən icra üsullarının təkmilləşdirilməsi variantlarını sadalayır.                     1.2.2.Komandalı fəaliyyətin təkmilləşdirilməsi haqqında məlumat verir.
 1.2.3. Müxtəlif təyinatlı hərəkətlərin və oyunların icrası üsullarını və rejimlərini əsaslandırır.
1.2.4. Müxtəlif özünümüdafiə üsullarından istifadə haqqında informasiya verir.
1.3. Hərəki qabiliyyətlərin inkişafı haqqında məlumat verir.
1.3.1. Müxtəlif təyinatlı sıra hərəkətlərini izah edir.
1.3.2. Əşya və alətlərdən istifadə etməklə müxtəlif təyinatlı ümuminkişaf hərəkətləri haqqında məlumat verir.
1.3.3.Hərəki qabiliyyətlərin inkişafı metodları haqqında məlumat verir.
1.3.4.Bərpaedici hərəkətlərdən və vasitələrdən müstəqil istifadə qaydalarını izah edir.
1.3.5.İlk tibbi yardım və zədə alanın daşınması haqqında informasiya verir.
1.4. Hərəki fəaliyyətlə əlaqədar şagird bacarıq və vərdişləri nümayiş etdirir.
1.4.1.Ümumbəşəri, milli dəyərlər haqqında məlumat verir.
1.4.2. İdmanın millətlər və dövlətlərarası əlaqələrin qurulmasında rolu haqqında məlumat verir.
2. Hərəki bacarıqlar və vərdişlər.
Şagird:
2.1.Şəxsiyyətin harmonik inkişafı haqqında məlumat verir.
2.1.1. Orqanizmin ayrı-ayrı funksialarının işinə təsir göstərən hərəkətləri icra edir. Müxtəlif təyinatlı hərəkətlərin icrasından sonra bərpaedici vasitələrdən və hərəkətlərdən müstəqil istifadə edir.
2.2. Hərəki fəaliyyət zamanı əlverişli icra üsullarından istifadə bacarığı nömayiş etdirir. 2.2.1.İdman növlərinə aid olan hərəkətləri səmərəli üsullarla yerinə yetirir.
2.2.2.Komandalı fəaliyyəti,oyunları və estafetləri texniki tələblərə uyğun olan icra üsulu ilə yerinə yetirir.
2.2.3.Müxtəlif təyinatlı hərəkətlərin icrası zamanı əlverişli üsullar və rejimlər tətbiq edir.
2.2.4. Müxtəlif özünümüdafiə üsullarını tətbiq edir.
2.3. Hərəki fəaliyyətin təşkili və idarə olunması bacarıqları nümayış etdirir.
2.3.1.Sıra hərəkətlərini təyinatına görə müstəqil icra edir.
2.3.2. Ümuminkişaf və hazırlayıcı hərəkətləri əşya və alətlərdən istifadə etməklə yerinə yetirir. 2.3.3. Hərəki qabiliyyətlərin inkişafı üçün istifadə edilən fiziki yükün həcmini və intensivliyini müəyyən edir.
2.3.4.Bərpaedici və relaksiyaedici hərəkətlərdən fiziki yükün xüsusiyyətinə müvafiq istifadə edir.
2.3.5. Zədələnmələr və funksional pozuntular zamanı ilk tibbi yardım göstərir.
3. Hərəki qabiliyyətlər.
Şagird:
3.1.Hərəki qabiliyyətlər nümayış etdirir.
3.1.1. Dəyişən şəraitin tələblərinə müvafiq normativlərə uyğun çeviklik nümayiş etdirir.
3.1.2. Sərbəst və geniş amplitudalı icra zamanı normativlərə müvafiq mütəhərriklik və əzələlərin elastikliyini nümayiş etdirir.
3.1.3. İcrası maksimum tezlik tələb edən hərəkətləri yerinə yetirərkən normativlərə müvafiq sürət nümayiş etdirir.
3.1.4. Məhdud vaxt intervalında maksimum qüvvə sərfi tələb edən hərəkətlərin icrası zamanı normativlərə müvafiq sürət-güc nümayiş etdirir.
3.1.5. Müxtəlif xarici müqaviməti dəf edərkən normativlərə uyğun qüvvə nümayiş etdirir.
3.1.6. Təkrar və davamlı icra prosesində normativlərə uyğun dözümlülük nümayiş etdirir.
4. Şəxsiyyətin mənəvi- iradi xüsusiyyətinin formalaşması
Şagird:
4.1. Hərəki fəaliyyət zamanı məqbul davranış nümayiş etdirir.
4.1.1.Birgə fəaliyyət zamanı əməkdaşlıq nümayiş etdirir.
 4.1.2. Ekstremal şəraitlərdə təmkinlilik nümayış etdirir.
4.1.3.Təhlil əsasında özünün hərəki fəaliyyətində korreksiyalar aparır.

XI SİNİF
XI sinifin sonunda şagird: 
orqanizmin möhkəmləndirilməsi, hərəki qabiliyyətlərin müstəqil inkişafı· metodlarının tətbiqini izah edir;  müxtəlif şəraitlərdə ilk tibbi yardımın göstərilməsi və bərpaedici vasitələrin· tətbiqini izah edir;  hərəki fəaliyyət zamanı əlverişli icra üsulları tətbiq edir;·  yaş qrupuna müvafiq hərəki qabiliyyətlər nümayiş etdirir;·  etik, hüquqi, mənəvi normaları dəyərləndirir.· Məzmun xətləri üzrə əsas və alt standartlar
1. İnformasiya təminatı və nəzəri biliklər.
Şagird:
1.1.Hərəkətlərin sağlamlaşdırıcı və inkişafetdirici təsiri haqqında biliklərini nümayiş etdirir.
1.1.1. Orqanizmin funksional sistemlərinin iş qabiliyyətini artırmaq üçün hərəkətlərin tətbiqi qaydalarını izah .
 1.1.2. Hərəkətlərin icrasından sonra bərpaedici vasitələrdən və hərəkətlərdən müstəqil istifadəni izah edir.
1.2. Hərəkətlərin icra üsulunun təkmilləşdirilməsi və icra şəraiti haqqında biliklərini mümayiş etdirir.
1.2.1. Hərəkətləri yerinə yetirərkən icra üsullarının təkmilləşdirilməsini izah edir.
1.2.2. Komandalı fəaliyyətin təkmilləşdirilməsini əsaslandırır.
1.2.3. Müxtəlif təyinatlı hərəkətlərin və oyunların icrası üsullarını və rejimlərini əsaslandırır.
1.2.4. Fiziki hazırlığına uyğun özünümüdafiə üsullarının seçilməsini izah edir.
1.3. Hərəki qabiliyyətin inkişafı haqqında məlumat verir.
1.3.1. Müxtəlif təyinatlı sıra hərəkətlərini izah edir.
1.3.2. Əşya və alətlərdən istifadə etməklə ümuminkişaf hərəkətlərinin təyinatını əsaslandırır.
1.3.3. Hərəki qabiliyyətlərin inkişafı metodları haqqında məlumat verir.
1.3.4. Bərpaedici hərəkətlərdən və vasitələrdən müstəqil istifadə qaydalarını izah edir.
1.3.5. İlk tibbi yardım və zədə alanın daşınması haqqında informasiya verir.
 1.4. Şəxsiyyətin harmonik inkişafı haqqında məlumat verir.
1.4.1. Ümumbəşəri, milli dəyərləri izah edir.
1.4.2. İdmanın millətlər və dövlətlərarası əlaqələrin qurulmasında rolunu izah edir.
2. Hərəki bacarıqlar və vərdişlər
 Şagird:
2.1. Mənimsədiyi bacarıq və vərdişləri nümayiş etdirir.
2.1.1. Orqanizmin funksional sistemlərinin və orqanlarının iş qabiliyyətinə təsir göstərən hərəkətləri icra edir.
2.1.2. Müxtəlif təyinatlı hərəkətlərin icrasından sonra bərpaedici vasitələrdən və hərəkətlərdən müstəqil istifadə edir. 2.2. Hərəki fəaliyyət zamanı əlverişli icra üsullarından istifadə bacarığı nümayiş etdirir.
2.2.1. İdman növlərinə aid olan hərəkətləri təkmilləşmiş üsullarla yerinə yetirir.
2.2.2. Komandalı fəaliyyət zamanı əlverişli texniki və taktiki variantları icra edir.
 2.2.3. Müxtəlif təyinatlı hərəkətlərin icrası zamanı əlverişli üsullar və rejimlər tətbiq edir.
2.2.4. Fiziki hazırlığına və şəraitə müvafiq özünümüdafiə üsullarını tətbiq edir.
2.3. Hərəki fəaliyyətin təşkili və idarə olunması bacarıqları nümayış etdirir.
2.3.1. Sıra hərəkətlərini təyinatına görə müstəqil icra edir.
2.3.2. Ümuminkişaf və hazırlayıcı hərəkətləri qamətin korreksiyası və fərdi hazırlıq məqsədi ilə icra edir.
 2.3.3. Hərəki qabiliyyətlərin inkişafı üçün istifadə edilən fiziki yükün həcmini və intensivliyini müəyyən edir.
2.3.4. Bərpaedici və relaksiyaedici hərəkətlərdən fiziki yükün xüsusiyyətinə müvafiq istifadə edir.
2.3.5. Zədələnmələr və funksional pozuntular zamanı ilk tibbi yardım göstərir.
 3. Hərəki qabiliyyətlər. Şagird: 3.1.Hərəki qabiliyyətlər nümayiş etdirir.
3.1.1. Hərəki fəaliyyətinin dəyişən şəraitin tələblərinə müvafiq qurulması zamanı normativlərə uyğun çeviklik nümayiş etdirir.
3.1.2. Sərbəst və geniş amplitudalı icra zamanı mütəhərriklik və əzələlərin elastikliyini nümayiş etdirir.
3.1.3. İcrası maksimum tezlik tələb edən hərəkətləri yerinə yetirərkən normativlərə müvafiq sürət nümayiş etdirir. 3.1.4. Məqsədli olaraq seçilmiş və kombinə edilmiş hərəkət komplekslərinin icrası zamanı normativlərə müvafiq sürət-güc nömayiş etdirir
 3.1.5. Hərəki fəaliyyət zamanı zəruri olan müxtəlif qüvvə növlərini normativlərə uyğun nömayiş etdirir.
3.1.6. Yarış və mübarizə şəraitində normativlərə uyğun ümumi və xüsusi dözümlülük nümayiş etdirir.
 4. Şəxsiyyətin mənəvi-iradi xüsusiyyətinin formalaşması.
 Şagird: 4.1. Hərəki fəaliyyət zamanı təqdiredici ünsiyyət nümayiş etdirir.
 4.1.1.Hərəki fəaliyyət zamanı təqdiredici ünsiyyət nümayiş etdirir.
 4.1.2. Çətin və ekstirmal şəraitdə psixoloji dayanıqlılıq nümayiş etdirir.
4.1.3. Təhlil əsasında özünün hərəki fəaliyyətində korreksiyalar aparır.

Azərbaycan Tarixi

X SİNİF 
X sinfin sonunda şagird:
- mənbələr əsasında Azərbaycanın tarixi keçmişini və müasir dövrünü müqayisə edir, xronoloji cədvəllər hazırlayır;
- yazılı mənbənin aid olduğu dövrü və müəllifin mövqeyini müəyyənləşdirir;
- insanların həyat tərzindəki dəyişiklikləri mənbələr əsasında təqdim edir;
- müxtəlif tarixi dövrlərdə Azərbaycanın geosiyasi mövqeyini dəyərləndirir, qrafik və diaqramlar tərtib edir;
- dövlətlərin yaranması və inkişafında müvafiq dövrün xüsusiyyətlərini dəyərləndirir, dövlətlərarası münasibətlərdə Azərbaycanın mövqeyini şərh edir;
- görkəmli tarixi şəxsiyyətlər haqqında referat və təqdimatlar hazırlayır;
- Azərbaycan mədəniyyətinin inkişafını Türk-İslam mədəniyyətinin tərkib hissəsi kimi dəyərləndirir. 
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1.Tarixi zaman
Şagird:
1.1. Xronologiya ilə bağlı tarixi anlayışları mənimsədiyini nümayiş etdirir.
1.1.1. Mənbələr  əsasında Azərbaycananın tarixi keçmişını  və müasir dövrünü müqayisə edir, təqdimatlar hazirlayır.
1.1.2. Mənbələr  əsasında  Azərbaycanın keçmiş və müasir dövrünə dair xronoloji cədvəllər hazırlayır.
1.2. Mənbələr üzərində  tədqiqat  bacarıqları  nümayiş etdirir.
1.2.1.     Tarixi hadisəyə  aid yazılı mənbənin  müəllifinin mövqeyini müəyyənləşdirir.
1.2.2. Yazılı mənbələrin, yaxud tarixi sənədin aid olduğu dövrü müəyyənləşdirir.
1.3. İnsanların həyat  tərzindəki dəyşiklikləri sivilizasiyalarla əlaqələndirir.
1.3.1. İnsanların həyat  tərzindəki dəyişiklikləri mənbələr əsasında təqdim edir.
2. Tarixi məkan
Şagird:
2.1. Azərbaycan ərazisinin təbii-coğrafi şəraitini tarixi hadisə, proses və təzahürlərlə əlaqələndirir.
2.1.1. Müxtəlif  tarixi dövrlərdə Azərbaycanın  geosiyasi mövqeyini dəyərləndirir.
2.1.2. Müxtəlif tarixi dövrlərdə Azərbaycanın geosiyasi mövqeyinə dair qrafik və diaqramlar tərtib edir.
3. Dövlət
Şagird:
3.1. Azərbaycan ərazisində dövlətlərin yaranması, inkişafı və tənəzzülü ilə bağlı bilik və bacarıqlar nümayiş etdirir.
3.1.1. Dövlətlərin  yaranması və inkişafında  müvafiq dövrün  xüsusiyyətlərini dəyərləndirir.
3.1.2. Müxtəlif dövrlərdə dövlətlərarası  münasibətlərdə Azərbaycanın mövqeyini şərh edir.
3.1.3.Azərbaycanın sosial-iqtisadi inkişafına dair qrafik və diaqramlar tərtib edir.
4. Şəxsiyyət
Şagird:
4.1. Tarixi şəxsiyyətləri dövr baxımından qiymətləndirir.
4.1.1. Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərini (I Axistan, Qara Yusif, Uzun Həsən, Şah I İsmayıl, Şah I Abbas, Cavad xan, Ağa Məhəmməd şah Qacar və b.) dünyanın görkəmli tarixi şəxsiyyətləri ilə müqayisə edir və dəyərləndirir.
4.1.2. Görkəmli tarixi şəxsiyyətlər haqqında topladığı materiallara əsasən  referatlar və təqdimatlar hazırlayır.
5. Mədəniyyət
Şagird:
5.1. Mədəniyyət və sivilizasiyaları qiymətləndirir.
5.1.1. Mədəniyyətin inkişafını tarixi şərait və sosial-iqtisadi vəziyyət baxımından dəyərləndirir.
5.1.2. Azərbaycan mədəniyyətini Türk-İslam mədəniyyətinin tərkib hissəsi kimi qiymətləndirir.
5.1.3. Türk-İslam mədəniyyətinin tərkib hissəsi kimi Azərbaycan mədəniyyətinin inkişafına dair araşdırmalar aparır, referatlar və təqdimatlar hazırlayır. 

XI SİNİF
  
XI sinfin sonunda şagird:
- mənbələr əsasında Azərbaycanın tarixi keçmişini və müasir dövrünü dəyərləndirir, təqdimatlar hazırlayır;
- tarixi hadisə, proses və təzahürlərin öyrənilməsi üçün müvafiq mənbələri seçir, müxtəlif baxışları dəyərləndirir;
- Azərbaycan xalqının formalaşmasını tarixi dövrlərlə əlaqələndirir;
- Azərbaycanın geosiyasi mövqeyinin əhəmiyyətini dəyərləndirir, təqdimatlar hazırlayır;
- Azərbaycanda müxtəlif dövrlərdə mövcud olmuş dövlətlərin dövlətçilk ənənələrinin və sivilizasiyanın inkişafında rolunu dəyərləndirir və proqnozlar verir;
- qlobal problemlərin həllində Azərbaycanın mövqeyini dəyərləndirir;
- tarixi inkişafda şəxsiyyətlərin fəaliyyətini dəyərləndirir və layihələr hazırlayır;
- dünya mədəniyyətinin inkişafında Azərbaycan mədəniyyətinin  rolunu dəyərləndirir;
- Azərbaycan xalqının dünya mədəniyyətinə verdiyi töhfələrlə bağlı araşdırmalar aparır, nəticələrini təqdim edir. 
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1.Tarixi zaman
Şagird:
1.1. Xronologiya ilə bağlı tarixi anlayışları mənimsədiyini nümayiş etdirir.
1.1.1. Mənbələr əsasında  Azərbaycanın tarixi kecmişini və müasir dövrlərini dəyərləndirir, təqdimatlar hazırlayır.
1.1.2. Mənbələr əsasında Azərbaycanın tarixi keçmişi və müasir dövrlərinə aid müqayisəli sinxron cədvəllər hazırlayır.
1.2. Mənbələr üzərində tədqiqat bacarıqları nümayiş etdirir.
1.2.1. Mənbələrdəki eyni tarixi hadisə, proses və təzahürlər barədə müxtəlif baxışları dəyərləndirir.
1.2.2.  Tarixi hadisə, proses və təzahürün öyrənilməsi üçün müvafiq mənbələri seçir.
1.3. İnsanların həyat tərzindəki dəyişiklikləri sivilizasiyalarla  əlaqələndirir.
1.3.1. Azərbaycan xalqının formalaşmasının xüsusiyyətlərini tarixi dövrlərlə əlaqələndirir.
2. Tarixi məkan
Şagird:
2.1. Azərbaycan ərazisinin təbii-coğrafi şəraitini tarixi hadisə, proses və təzahürlərlə əlaqələndirir.
2.1.1. Azərbaycanın geosiyasi mövqeyinin əhəmiyyətini dəyərləndirir.
2.1.2. Azərbaycanın geosiyasi mövqeyini nümayiş etdirən təqdimatlar hazırlayır.
3. Dövlət
Şagird:
3.1. Azərbaycan ərazisində dövlətlərin yaranması, inkişafı və tənəzzülü ilə bağlı bilik və bacarıqlar nümayiş etdirir.
3.1.1. Müxtəlif dövrlərdə Azərbaycanda yaranmış dövlətlərin dövlətçilik ənənələrinin və sivilizasiyanın inkişafında rolunu dəyərləndirir.
3.1.2. Qlobal problemlərin həllində Azərbaycanın mövqeyini və apardığı siyasəti dəyərləndirir.
3.1.3.  Mənbələr əsasında Azərbaycanın dövlətçilik tarixinə dair araşdırmalar aparır, proqnozlar verir.
4. Şəxsiyyət
Şagird:4.1. Tarixi şəxsiyyətləri dövr baxımından qiymətləndirir.
4.1.1. Tarixi hadisə və proseslərin gedişində şəxsiyyətlərin (Məmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Şeyx Məhəmməd Xiyabani, Nəriman Nərimanov, Əbülfəz Elçibəy, Heydər Əliyev, İlham Əliyev və b.) rolunu və fəaliyyətini dəyərləndirir.
4.1.2. Görkəmli tarixi şəxsiyyətlər haqqında layihələr hazırlayır.
5. Mədəniyyət
Şagird:
5.1. Mədəniyyət və sivilizasiyaları qiymətləndirir.
5.1.1. Dünya mədəniyyətinin inkişafında Azərbaycan mədəniyyətinin rolunu dəyərləndirir.
5.1.2. Azərbaycanın milli mənəvi dəyərlərini Azərbaycan xalqının dünya mədəniyyətinə töhfəsi kimi dəyərləndirir.
5.1.3. Azərbaycan mədəniyyətinin dünya mədəniyyətinə verdiyi töhfələrlə bağlı araşdırmalar aparır, nəticələri təqdim edir.

Azərbaycan dili

X sinif
X sinfin sonunda şagird:
  KİV-dən dinlədiyi mətnləri şərh edir, fikirləri real həyatla müqayisə edir;·  nitqində dil vahidlərindən, yardımçı vasitələrdən (atalar sözü, məsəllər və· sitatlar) məqsədyönlü istifadə edir;  fikirlərini müxtəlif tipli (nəqli, təsviri, mühakimə) mətnlərlə ifadə edir;·  oxuduğu mətndəki söz və ifadələri üslubi xüsusiyyətlərinə, mətnləri üslubuna· görə fərqləndirir;  müxtəlif tipli (nəqli, təsviri, mühakimə) mətnlər yazır və təkmilləşdirir;·  mətnin tərtibat formasına uyğun yazılış və durğu işarələri qaydalarına əməl· edir;  müxtəlif əməli yazılar (rəy, məruzə) yazır.· Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Dinləyib-anlama Şagird:
1.1. Dinlədiyi fikri anladığını nümayiş etdirir.
1.1.1. KİV-dən dinlədiyi mətnləri şərh edir.
1.1.2. Dinlədiyi mətndəki fikirləri real həyatla müqayisə edir.
2. Danışma Şagird:
2.1. Şifahi nitq bacarıqları nümayiş etdirir.
 2.1.1. Nitqində dil vahidlərindən məqsədyönlü istifadə edir.
2.1.2. Nitqini zənginləşdirmək məqsədilə atalar sözü, məsəllər və sitatlardan istifadə edir. 
2.1.3. Müxtəlif mövqeli fikirləri real hadisələrlə müqayisə edir.
 2.1.4. Fikirlərini müxtəlif tipli (nəqli, təsviri, mühakimə) mətnlərlə ifadə edir.
3. Oxu Şagird:
3.1. Mətni mənimsədiyini nümayiş etdirir.
3.1.1. Mətndəki söz və ifadələri üslubi xüsusiyyətlərinə görə fərqləndirir.
3.1.2. Oxuduğu mətnləri üslubuna görə fərqləndirir.
3.1.3. Oxuduğu mətnin tipini (nəqli, təsviri, mühakimə) müəyyənləşdirir.
4. Yazı Şagird:
4.1. Rabitəli yazı vərdişlərinə yiyələndiyini nümayiş etdirir.
 4.1.1. Müxtəlif tipli (nəqli, təsviri, mühakimə) mətnlər yazır.
 4.1.2. Mətni tipinə (nəqli, təsviri, mühakimə) uyğun olaraq təkmilləşdirir.
4.1.3. Mətnin tərtibat formasına uyğun yazılış və durğu işarələri qaydalarına əməl edir.
4.1.4. Müxtəlif əməli yazılar (rəy, məruzə) yazır.

XI sinif
XI sinfin sonunda şagird:
  dinlədiyi müxtəlif janr və üslubda olan mətnlərə münasibət bildirir,· mühakimələrini əlavə fakt və nümunələrlə əsaslandırır;  mənbələrə istinad etməklə əsaslandırılmış müxtəlif tipli mətnlər qurur,· fikirlərini sərbəst ifadə edir;  üslubi xüsusiyyətlərini nəzərə almaqla mətni oxuyur;·  mətni üslubi-struktur xüsusiyyətlərinə görə təhlil edir;·  müxtəlif üslublarda mətnlər yazır və təkmilləşdirir;·  üslubi çalarlarından asılı olaraq sözləri böyük və kiçik hərflərlə yazır, durğu· işarələri qaydalarına əməl edir;  müxtəlif əməli yazılar (referat, təqdimat) yazır.· Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Dinləyib-anlama Şagird:
 1.1. Dinlədiyi fikri anladığını nümayiş etdirir.
 1.1.1. Dinlədiyi müxtəlif janr və üslubda olan mətnlərə münasibət bildirir.
1.1.2. Dinlədiyi mətndəki fikirlərlə bağlı mühakimələrini əlavə fakt və nü- munələrlə əsaslandırır.
 2. Danışma Şagird:
2.1. Şifahi nitq bacarıqları nümayiş etdirir.
2.1.1. Fikirlərini sərbəst ifadə edir.
2.1.2. Yardımçı vasitələrdən istifadə etməklə əsaslandırılmış nitq qurur.
2.1.3. Müxtəlif mənbələrə istinad etməklə əsaslandırılmış təqdimatlar hazırlayır.
2.1.4. Fikirlərini əsaslandırmaqla müxtəlif tipli (nəqli, təsviri, mühakimə) mətnlər qurur.
3. Oxu Şagird:
3.1. Mətni mənimsədiyini nümayiş etdirir.
 3.1.1. Mətndəki söz və ifadələri üslubi xüsusiyyətlərinə görə izah edir.
3.1.2. Üslubi xüsusiyyətlərini nəzərə almaqla mətni oxuyur.
3.1.3. Mətni üslubi-struktur xüsusiyyətlərinə görə təhlil edir.
4. Yazı Şagird: 4.1. Rabitəli yazı vərdişlərinə yiyələndiyini nümayiş etdirir.
4.1.1. Müxtəlif üslublu mətnlər yazır.
4.1.2. Üslubi xüsusiyyətlərini nəzərə almaqla mətni təkmilləşdirir.
 4.1.3. Üslubi çalarlarından asılı olaraq sözləri böyük və kiçik hərflərlə yazır, durğu işarələri qaydalarına əməl edir. 4.1.4. Müxtəlif əməli yazılar (referat, təqdimat) yazır

İnformatika

X sinif
X sinfin sonunda şagird:
 İnformasiya proseslərinin mərhələlərinə dair biliklərini nümayiş etdirir.·  Kompüter-informasiya modelinin xüsusiyyətləri, yaradılmasının· mərhələlərinə dair bacarıqlar nümayiş etdirir.  Veb-səhifələr hazırlayır.·  Kompüterin şəbəkəyə qoşulmasını tənzimləyir, diaqnostik proqramlarla· işləyir.  Verilənlər bazasının əsas tərkib elementlərini, formalarını hazırlayır.·  İnternetdə telekonfranslar təşkil edir.·  İnformasiya cəmiyyətini xarakterizə edən əsas fəaliyyət sahələrinə dair· biliklər nümayiş etdirir.
1. İnformasiya və informasiya prosesləri
Şagird:
 1.1. İnformasiya prosesləri və sistemləri haqqında biliklərini nümayiş etdirir.
1.1.1. İnformasiya proseslərinin mərhələlərini təsnif edir.
1.1.2. İnformasiya proseslərinin əsas mərhələlərini fərqləndirir.
1.1.3. İnformasiya proseslərinin əsas mərhələlərini nümunələrlə şərh edir.
2. Formallaşdırma, modelləşdirmə, alqoritmləşdirmə və proqramlaşdırma
Şagird:
2.1. Kompüter-informasiya modelinin yaradılmasına dair bacarıqlar nümayiş etdirir.
2.1.1. Kompüter-informasiya modelinin xüsusiyyətlərini şərh edir.
 2.1.2. Kompüter-informasiya modelinin yaradılmasının əsas mərhələlərini şərh edir.
2.1.3. Kompüter-informasiya modelinin yaradılmasına dair təqdimatlar edir.
2.2. Alqoritmləşdirmə və veb-proqramlaşdırma üzrə bacarıqlara yiyələndiyini nümayiş etdirir.
2.2.1. Veb-proqramlaşdırmanın mahiyyətini izah edir.
2.2.2. Veb-proqramlaşdırmanın əsas əmrlərini şərh edir. 2.2.3. Veb-səhifəni hazırlayır.
2.2.4. Hazırladığı veb-səhifə üzrə təqdimatlar edir.
3. Kompüter, informasiya-kommunikasiya texnologiyaları və sistemləri.
Şagird:
3.1. Kompüter və sistem proqramları ilə işləmək bacarıqları nümayiş etdirir.
3.1.1. Yeni proqramların yüklənməsinə aid  bacarıqlar nümayiş etdirir .
3.1.2. Əməliyyat sisteminin köməyi ilə kompüterin şəbəkəyə qoşulmasının tənzimlənməsini nümayiş etdirir.
3.1.3. Kompüterdə diaqnostik proqramlarla işləyir.
3.2. Tətbiqi proqramlarla işləyir. 3.2.1. Verilənlər bazasının obyektlərini nümayiş etdirir.
3.2.2. Verilənlər bazasının əsas tərkib elementlərini, formalarını yaradır.
3.3. Müasir kommunikasiya texnologiyaları ilə işləmək bacarıqları nümayiş etdirir.
 3.3.1. Şəbəkə qurğularının iş prinsiplərini izah edir.
3.3.2. İnternetdə telekonfransları təşkil etmə bacarıqları nümayiş etdirir.
4. Cəmiyyətin informasiyalaşdırılması
Şagird:
 4.1. İnformasiya cəmiyyətinə dair biliklər nümayiş etdirir.
4.1.1. İnformasiya cəmiyyətini xarakterizə edən əsas fəaliyyət sahələrini (informasiya inqilabları, informasiya təhlükəsizliyi, informasiya mədəniyyəti, Ehökumət, E-təhsil, E-seçki, E-kitabxana, E-ticarət) şərh edir.
 4.1.2. İnformasiya cəmiyyətini xarakterizə edən əsas fəaliyyət sahələrinə aid təqdimatlar edir.

XI sinif
 XI sinfin sonunda şagird:
 Müxtəlif informasiya sistemləri haqqında biliklərini nümayiş etdirir.·  Verilmiş informasiya prosesini modelləşdirir.·  Veb-sayt hazırlayır.·  Əməliyyat sistemini tənzimləyir, şəbəkə proqram təminatından istifadə edir.·  Müəyyən sahəyə aid verilənlər bazasının layihəsini hazırlayır.·  Müasir şəbəkə texnologiyalarından istifadə edir.·  İnformasiya cəmiyyətinin əsas əlamətlərinə dair biliklər nümayiş etdirir.·
 1. İnformasiya və informasiya prosesləri
 Şagird:
 1.1. İnformasiya prosesləri və sistemləri haqqında biliklərini nümayiş etdirir.
1.1.1. İnformasiya sistemlərini təyinatına görə təsnif edir.
 1.1.2. İnformasiya sistemlərini fərqləndirir.
 1.1.3. Müxtəlif informasiya sistemlərini nümunələrlə şərh edir.
2. Formallaşdırma, modelləşdirmə, alqoritmləşdirmə və proqramlaşdırma Şagird:
2.1. Modelləşdirmə haqqında biliklərini nümayiş etdirir.
2.1.1. Verilmiş informasiya prosesinin modelləşdirilməsi üçün zəruri əlamətləri müəyyənləşdirir.
 2.1.2. Verilmiş informasiya prosesi üçün müvafiq modelləşdirmə formasını seçir.
2.1.3. Verilmiş informasiya prosesinin modelini qurur.
2.2. Alqoritmləşdirmə və veb-proqramlaşdırma üzrə bacarıqlara yiyələndiyini nümayiş etdirir.
 2.2.1. Veb-layihələrin hazırlanmasının əsas mərhələlərini şərh edir.
2.2.2. Seçilmiş mövzu üzrə veb-layihə hazırlayır.
2.2.3. Veb-sayt yaradır.
 2.2.4. Hazırlanmış veb-saytı İnternet şəbəkəsində yerləşdirir.
3. Kompüter, informasiya-kommunikasiya texnologiyaları və sistemləri
Şagird:
3.1. Kompüter və sistem proqramları ilə işləmək bacarıqları nümayiş etdirir.
3.1.1. Əməliyyat sisteminin işini idarəetmə panelinin vasitəsi ilə müxtəlif situasiyalara uyğun olaraq tənzimləyir.
3.1.2. Şəbəkə proqram təminatından istifadə edir.
3.2. Tətbiqi proqramlarla işləyir.
 3.2.1. Müəyyən sahəyə aid verilənlər bazasını layihələndirir.
3.2.2. Hazırlanmış verilənlər bazası layihəsini nümayiş etdirir.
3.3. Müasir kommunikasiya texnologiyaları ilə işləmək bacarıqları nümayiş etdirir.
3.3.1. Müasir şəbəkə texnologiyalarını izah edir.
3.3.2. Müxtəlif İnternet xidmətlərinə aid təqdimatlar edir.
4. Cəmiyyətin informasiyalaşdırılması
 Şagird:
4.1. İnformasiya cəmiyyətinə dair biliklər nümayiş etdirir
 4.1.1. İnformasiya cəmiyyətini xarakterizə edən əsas əlamətləri şərh edir.
4.1.2. İnformasiya cəmiyyətini xarakterizə edən əsas əlamətlərə aid təqdimatlar

Biologiya
X sinif
X sinfin sonunda şagird:
* canlıları öyrənən elm sahələrinin (embriologiya, polintologiya, genetika) xüsusiyyətlərinə, makrotəkamülə dair topladığı məlumatları təqdim edir;
* canlıların kimyəvi tərkibində baş verən dəyişiklikləri müasir avadanlıqlardan istifadə etməklə izah edir;
* bioloji proseslərin, onda baş verən dəyişikliklərin mexanizmini şərh edir;
* insanın tarixi inkişaf mərhələlərini, insanda baş verən psixi dəyişiklikləri izah edir;
* yoluxucu xəstəliklər, onlardan qorunma yolları haqqında materiallar toplayır, sağlam həyat tərzində gigiyena qaydalarının rolunu və əhəmiyyətini dəyərləndirir;
* ekoloji problemlərin aradan qaldırılmasının irsi xəstəliklərin azalmasına təsirini əsaslandırır;
* qlobal ekoloji problemler və onların həlli yollarını, ekoloji tarazlığın qorunmasının əhəmiyyətini şərh edir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Canlıların quruluşu və müxtəlifliyi:
Şagird:
1.1. Canlıların quruluşu və müxtəlifliyi haqqında biliklərə malik olduğunu nümayiş etdirir.
1.1.1. Canlıları öyrənən elm sahələrinin (embriologiya, polintologiya, genetika) xüsusiyyətlərinə dair məlumatlar toplayır, təqdimatlar hazırlayır.
1.1.2. Canlıların kimyəvi tərkibində baş verən dəyişiklikləri izah edir, təqdimatlar hazırlayır.
1.1.3. Müasir avadanlıqlardan istifadə etməklə canlıların kimyəvi tərkibində baş verən dəyişiklikləri müşahidə edir, təqdimatlar hazırlayır.
1.1.4. Makrotəkamül haqqında məlumat toplayır və təqdimat hazırlayır.
2. Bioloji proseslər
Şagird:
2.1. Bioloji proseslərin tənzimlənməsinə dair bilik və bacarıqlar nümayiş etdirir.
2.1.1. Bioloji proseslərin mexanizmini şərh edir, məruzə və təqdimatlar hazırlayır.
2.1.2. Maddələr mübadiləsində baş verən dəyişikliklərin mexanizmini şərh edir, təqdimatlar hazırlayır.
2.1.3. Bioloji proseslərdə baş verən dəyişikliklərin mexanizmini müxtəlif üsullarla əsaslandırır.
3. İnsan və onun sağlamlığı
Şagird:
3.1. İnsanın biososial təbiəti haqqında bilik və bacarıqlar nümayiş etdirir.
3.1.1. İnsanın tarixi inkişaf mərhələlərini müqayisəli şərh edir, məruzə və referatlar hazirlayır.
3.1.2. İnsanda baş verən psixi dəyişiklikləri faktlarla izah edir, referatlar hazırlayır.
3.2. Sağlamlığın qorunmasına dair bacarıqlar nümayiş etdirir.
3.2.1. Yoluxucu xəstəliklər, onlardan qorunma yolları haqqında referat, təqdimat hazırlayır.
3.2.2. Sağlam həyat tərzində gigiyena qaydalarının rolunu və əhəmiyyətini dəyərləndirir, məruzə və təqdimatlar hazırlayır.
4. Canlılar və ətraf mühit
Şagird:
4.1. Canlıların bir-biri ilə və ətraf mühitlə qarşılıqlı əlaqəsinə dair bilik və bacarıqlar nümayiş etdirir.
4.1.1. Ekoloji problemlərin aradan qaldırılmasının irsi xəstəliklərin azalmasına təsirini əsaslandırır.
4.2. Ətraf mühitin qorunması ilə bağlı bacarıqlar nümayiş etdirir.
4.2.1. Qlobal ekoloji problemlər və onların həlli yolları haqqında təqdimatlar edir.
4.2.2. Təbii şəraitdə ekoloji tarazlığın qorunmasının əhəmiyyətini şərh edir, referatlar hazırlayır.

XI sinif
XI sinfin sonunda şagird:
* canlıları öyrənən elm sahələrinin (seleksiya, biotexnologiya, bionika, mikrobiologiya) xüsusiyyətlərini, nailiyyətlərini müasir avadanlıqlardan istifadə etməklə şərh edir;
* yer üzərində həyatın əmələ gəlməsini şərh edir, canlıların kimyəvi tərkibinə, baş verən dəyişikliklərə dair müşahidələrinin nəticələrini təqdim edir;
* bioloji proseslərin, baş verən dəyişikliklərin fərqli mexanizmlərinin xüsusiyyətlərini müqaisəli şərh edir, riyazi üsullarla əsaslandırır;
* insanın fərdi və tarixi inkişafının, psixi proseslər və orada baş verən dəyişikliklərin müqayisəli şərhinə dair təqdimatlar edir;
* insan orqanizmində baş verən xəstəliklərin hüceyrə səviyyəsində olduğunu əsaslandırır, sağlam ailənin qurulmasında sağlam həyat tərzinin rolunu dəyərləndirir;
* təbii seçməni yaşamaq uğrunda mübarizənin nəticəsi kimi əsaslandırır, regional və qlobal ekoloji problemləri əlaqələndirir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Canlıların quruluşu və müxtəlifliyi
Şagird:
1.1. Canlıların quruluşu və müxtəlifliyi haqqında biliklərə malik olduğunu nümayiş etdirir.
1.1.1. Canlıları öyrənən elm sahələrini (seleksiya, biotexnologiya, mikrobiologiya, bionika) xüsusiyyətlərini şərh edir, təqdimatlar hazırlayır.
1.1.2. Canlıların kimyəvi tərkibi və orada baş verən dəyişikliklərə dair müşahidələr aparır, nəticələri barədə təqdimatlar edir.
1.1.3. Müasir avadanlıqlardan istifadə etməklə canlıları öyrənən elm sahələrinin nailiyyətlərinə dair məruzə və təqdimatlar hazırlayır.
1.1.4. Yer üzərində həyatın əmələ gəlməsinə dair fikirləri müqayisəli şəkildə şərh edir.
2. Bioloji proseslər
Şagird:
2.1. Bioloji proseslərin tənzimlənməsinə dair bilik və bacarıqlar nümayiş etdirir.
2.1.1. Bioloji proseslərin mexanizminin müqaisəli şərhinə dair referat və təqdimatlar hazırlayır.
2.1.2. Maddələr mübadiləsində baş verən dəyişikliklərin fərqli mexanizmlərini müqayisəli şəkildə şərh edir, məruzə təqdimatlar hazırlayır.
2.1.3. Bioloji prosesdə baş verən pataloji dəyişikliklərin fərqli mexanizmlərinin xüsusiyyətlərini riyazi üsullarla əsaslandırır və təqdimatlar hazırlayır.
3. İnsan və onun sağlamlığı
Şagird:
3.1. İnsanın biososial təbiəti haqqında bilik və bacarıqlar nümayiş etdirir.
3.1.1. İnsanın fərdi və tarixi inkişafına dair müqayisələr aparır, təqdimatlar edir.
3.1.2. Psixi proseslər və orada baş verən dəyişiklikləri müqayisəli şərh edir və referatlar hazırlayır.
3.2. Sağlamlığın qorunmasına dair bacarıqlar nümayiş etdirir.
3.2.1. İnsan orqanizmində baş verən xəstəliklərin hüceyrə səviyyəsində olduğunu əsaslandırır, məruzə və təqdimatlar hazırlayır.
3.2.2. Sağlam ailənin qurulmasında sağlam həyat tərzinin rolunu dəyərləndirir, məruzə və təqdimatlar hazırlayır.
4. Canlılar və ətraf mühit
Şagird:
4.1. Canlıların bir-biri ilə və ətraf mühitlə qarşılıqlı əlaqəsinə dair bilik və bacarıqlar nümayiş etdirir.
4.1.1. Təbii seçməni yaşamaq uğrunda mübarizənin nəticəsi kimi əsaslandırır, məruzə və referatlar hazırlayır.
4.2. Ətraf mühitin qorunması ilə bağlı bacarıqlar nümayiş etdirir.
4.2.1. Ekoloji problemlərin qlobal xarakterini dəyərləndirir, məruzə və təqdimatlar hazırlayır.
4.2.2. Regional və qlobal ekoloji problemləri əlaqələndirir, referat və təqdimatlar hazırlayır.

Fizikia

X sinif
X sinfin sonunda şagird:
  mexaniki və istilik hadisələrinin yaranma səbəblərini izah edir, qanun və· qanunauyğunluqlarına aid məsələlər həll edir;  mexaniki və istilik hadisələrini və onları xarakterizə edən fiziki· kəmiyyətləri əlaqəli şərh edir;  maddələrin qarşılıqlı çevrilməsini onların daxili quruluşu ilə əlaqələndirir· və buna aid məsələlər həll edir;  təbiətdəki əlaqəli sistemlərdə cisimlərin və cismin hissəciklərinin qarşılıqlı· təsirinin rolunu izah edir və bunlara aid məsələlər həll edir;  mexaniki və istilik hadisələrinə dair qanunları təcrübədə yoxlayır, onları· xarakterizə edən fiziki kəmiyyətlər arasındakı asılılıqları müəyyənləşdirir;  fizika elminin istilik texnikası və texniki qurğuların inkişafında rolunu· dəyərləndirir və onların tətbiqinə dair təqdimatlar edir.
1.Fiziki hadisələr, qanunauyğunluqlar, qanunlar.
 Şagird:
 1.1. Fiziki hadisələrə dair bilik və bacarıqlar nümayiş etdirir.
1.1.1. Mexaniki və istilik hadisələrinin qanun və qanunauyğunluqlarla əlaqəsini şərh edir.
1.1.2. Mexaniki və istilik hadisələrinin qanun və qanunauyğunluqlarına aid (qrafik, kəmiyyət və keyfiyyət tipli) məsələlər qurur və həll edir.
 1.1.3.Mexaniki və istilik hərəkətini xarakterizə edən kəmiyyətlər arasındakı əlaqəni şərh edir.
1.1.4. Mexaniki və istilik hadisələrinin tətbiqinə dair təqdimatlar edir.
2. Maddə və sahə, qarşılıqlı təsir, əlaqəli sistemlər.
 Şagird:
2.1.Materiyanın formalarına dair bilik və bacarıqlar nümayiş etdirir
2.1.1. Maddələrin qarşılıqlı çevrilmələrini şərh edir.
2.1.2.Maddələrin qarşılıqlı çevrilmələrinə dair müxtəlif tipli məsələlər qurur və həll edir.
2.1.3.Maddələrin xassələrini daxili quruluşuna görə şərh edir.
 2.1.4.Maddələrin daxili quruluşu ilə bağlı müxtəlif tipli məsələlər qurur və həll edir.
2.2. Təbiətdəki əlaqəli sistemlərdə qarşılıqlı təsiri mənimsədiyini nümayiş etdirir.
2.2.1.Təbiətdəki əlaqəli sistemlərdə cisimlərin və cismin hissəciklərinin qarşılıqlı təsirinin rolunu dəyərləndirir. 2.2.2.Əlaqəli sistemlərdə cisimlərin və cismin hissəciklərinin qarşılıqlı təsirinə dair məsələlər həll edir. 3.Eksperimental fizika və müasir həyat.
 Şagird: 3.1.Təcrübələr aparır, nəticələri təqdim edir.
 3.1.1.Mexaniki və istilik hadisələrinə dair qanunları təcrübi üsulla yoxlayır, nəticələrini təqdim edir.
3.1.2. Mexaniki və istilik hadisələrini xarakterizə edən fiziki kəmiyyətlər arasındakı asılılıqları müəyyənləşdirir. 3.2.Müasir həyatın inkişafında fizika elminin rolunu mənimsədiyini nümayiş etdirir. 
3.2.1.Texnikanın inkişafında iş prinsipi mexaniki və istilik hadisələrinə əsaslanan qurğulara dair təqdimatlar edir. 3.2.2. Texnikanın (mexaniki və istilik qurğuları) inkişafında fizika elminin roluna dair tədqiqatlar aparır, nəticələrini təqdim edir.

XI sinif
 XI sinfin sonunda şagird:
 elektromaqnit, atom, nüvə hadisələrinin qanun və qanunauyğunluqlarını· izah edir, onlara aid məsələlər qurur;  zərrəciklərin hərəkətini xarakterizə edən kəmiyyətlər arasındakı əlaqələri· şərh edir;  maddə və sahə hissəciklərinin qarşılıqlı çevrilməsini şərh edir, onlara aid· məsələlər qurur və həll edir;  maddələrin qarşılıqlı çevrilmələrini izah edir, onlara aid məsələlər qurur,· həll edir;  əlaqəli sistemlərdə qarşılıqlı təsirin xüsusiyyətlərini şərh edir və onlara aid· məsələlər həll edir;  elektromaqnit, atom və nüvə hadisələrinə aid qanun və qanunauyğunluqları· təcrübədə yoxlayır, fiziki kəmiyyətlər arasındakı asılılıqları müəyyənləşdirir;  texniki qurğuların müasir həyatda roluna, onların inkişafının fizika elminin· verdiyi töhfələrə dair referatlar hazırlayır.
1.Fiziki hadisələr, qanunauyğunluqlar, qanunlar.
Şagird:
1.1. Fiziki hadisələrə dair bilik və bacarıqlar nümayiş etdirir.
1.1.1. Elektromaqnit, atom və nüvə hadisələrinin qanun və qanunauyğunluqlarla əlaqəsini şərh edir.
1.1.2. Elektromaqnit, atom və nüvə hadisələrinin qanun və qanunauyğunluqlarla əlaqəsinə aid (qrafik, kəmiyyət və keyfiyyət tipli) məsələlər qurur və həll edir.
1.1.3.Yüklü zərrəciklərin, aton və nüvədaxili zərrəciklərin hərəkətini xarakterizə edən kəmiyyətlər arasında əlaqəni şərh edir.
 1.1.4. Elektromaqnit, atom və nüvə hadisələrinin tətbiqinə dair təqdimatlar edir.
 2. Maddə və sahə, qarşılıqlı təsir, əlaqəli sistemlər.
 Şagird:
2.1.Materiyanın formalarına dair bilik və bacarıqlar nümayiş etdirir.
2.1.1. Maddə və sahə zərrəciklərinin qarşılıqlı çevrilməsini şərh edir.
2.1.2. Maddə və sahə zərrəciklərinin qarşılıqlı çevrilmələrinə dair müxtəlif tipli məsələlər qurur və həll edir.
2.1.3. Maddələrin qarşılıqlı çevrilmələrini və xassələrini zərrəciklərin təbiəti ilə izah edir.
2.1.4.Maddələrin qarşılıqlı çevrilmələrində zərrəciklərin rolu ilə bağlı müxtəlif tipli məsələlər qurur və həll edir.
 2.2. Təbiətdəki əlaqəli sistemlərdə qarşılıqlı təsiri mənimsədiyini nümayiş etdirir.
2.2.1.Təbiətdəki əlaqəli sistemlərdə (elektromaqnit,güclü və zəif) qarşılıqlı təsirin xüsusiyyətlərini şərh edir.
2.2.2. Əlaqəli sistemlərdə (elektromaqnit, güclü və zəif) qarşılıqlı təsirin xüsusiyyətlərinə dair məsələlər qurur və həll edir.
3.Eksperimental fizika və müasir həyat.
Şagird:
3.1.Təcrübələr aparır, nəticələri təqdim edir.
 3.1.1.Elektromaqnit, atom və nüvə hadisələrinə dair qanun və qanunauyğunluqları təcrübələrlə yoxlayır, nəticələrini təqdim edir.
3.1.2. Elektromaqnit, atom və nüvə hadisələrini xarakterizə edən fiziki kəmiyyətlər arasındakı asılılıqları müəyyənləşdirir.
3.2. Müasir həyatın inkişafında fizika elminin rolunu mənimsədiyini nümayiş etdirir.
3.2.1.Texniki qurğuların müasir həyatda rolunu dəyərləndirir və müxtəlif məzmunlu referatlar hazırlayır
3.2.2. Müasir texnikanın inkişafında fizika elminin roluna dair tədqiqatlar aparır və referatlar hazırlayır.


Kimya

X sinif
 X sinfin sonunda şagird:
 maddələrin (qeyri-üzvi, üzvi) tərkibini, quruluşunu və xassələrini şərh edir,· onlara aid hesablamalar aparır;  qeyri-üzvi birləşmələr və üzvi birləşmələrə (karbohidrogenlərə) aid· reaksiyaların qanunauyğunluqlarını izah edir, hesablamalar aparır;  qeyri-üzvi birləşmələr və üzvi birləşmələrə (karbohidrogenlərə) aid müşahidə· və ekspermentlər aparır, kimyəvi prosesləri modelləşdirir;  qeyri-üzvi birləşmələr və üzvi birləşmələrin (karbohidrogenlərin) tətbiqinə dair· layihələr hazırlayır;  qeyri-üzvi birləşmələr və üzvi birləşmələrin (karbohidrogenlərin) ətraf mühiti· çirkləndirməsinin aradan qaldırılmasına dair layihələr hazırlayır;  neft kimyası sahəsində görkəmli alimlər haqqında topladığı məlumatlar· əsasında referatlar hazırlayır, təqdimatlar edir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar.
1. Maddə və maddi aləm
Şagird:
1.1. Maddələrin xüsusiyyətlərinə dair bilik və bacarıqlarını nümayiş etdirir.
1.1.1. Maddələrin (qeyri-üzvi və üzvi) tərkibini, quruluşunu, fiziki xassələrini şərh edir, təqdimatlar hazırlayır.
1.2. Maddələr və onları təşkil edən hissəciklərin əlaqələrinə dair bilik və bacarıqlar nümayiş etdirir.
1.2.1. Qeyri-üzvi və üzvi birləşmələrdə atomların qarşılıqlı təsirini izah edir.
1.3. Maddələrin tərkibinə və quruluşuna aid hesablamalar aparır.
1.3.1. Qeyri-üzvi və üzvi birləşmələrin tərkibinə və quruluşuna aid hesablamalar aparır.
 2. Kimyəvi hadisələr
Şagird:
2.1. Kimyəvi hadisələrin baş vermə səbəblərini, qanunauyğunluqlarını mənimsədiyini nümayiş etdirir.
2.1.1. Qeyri-üzvi və üzvi birləşmələrə aid reaksiyaların qanunauyğunluqlarını izah edir.
2.2. Kimyəvi reaksiyaların tənliklərini tərtib edir və hesablamalar aparır.
2.2.1. Qeyri-üzvi birləşmələr və üzvi birləşmələrə (karbohidrogenlərə) aid reaksiyaların tənliklərini tərtib edir.
2.2.2. Qeyri-üzvi birləşmələr və üzvi birləşmələrə (karbohidrogenlərə) aid reaksiyaların tənliklərinə əsasən hesablamalar aparır.
3. Eksperiment və modelləşdirmə
Şagird:
 3.1. Kimyəvi hadisələrə və onların qanunauyğunluqlarına aid eksperimentlər aparır, təqdimatlar hazırlayır.
 3.1.1. Qeyri-üzvi və üzvi birləşmələrə (karbohidrogenlərə) aid eksperimentlər aparır, təqdimatlar hazırlayır.
3.2. Molekulların quruluşunu, kimyəvi prosesləri modelləşdirir.
3.2.1. Karbohidrogenlərin quruluşunu və onlara aid kimyəvi prosesləri modelləşdirir.
4.Kimya və həyat
Şagird:
4.1. Kimyəvi maddələrin və proseslərin tətbiqinə dair biliklər nümayiş etdirir.
4.1.1. Qeyri-üzvi maddələr və üzvi maddələrin (karbohidrogenlərin) tətbiqinə dair layihələr hazırlayır, təqdimatlar edir.
4.2. Ətraf mühitin kimyəvi maddələrlə çirklənməsinə və onun aradan qaldırılmasına dair məlumatlara malik olduğunu nümayiş etdirir.
4.2.1. Qeyri-üzvi maddələr və üzvi maddələrin (karbohidrogenlərin) ətraf mühiti çirkləndirməsini və onun aradan qaldırılması yollarını izah edir, layihələr hazırlayır.
4.3. Kimya sahəsində görkəmli alimlərin nailiyyətləri barədə məlumatlara malik olduğunu nümayiş etdirir.
4.3.1. Neft kimyası sahəsində görkəmli alimlər barədə referatlar hazırlayır, təqdimatlar edir.

XI sinif
XI sinfin sonunda şagird: 
maddələrin (oksigenli, azotlu üzvi birləşmələr və polimerlərin) tərkibini,· quruluşunu və xassələrini şərh edir, onlara aid hesablamalar aparır;  oksigenli, azotlu üzvi birləşmələrə, polimerlərə aid reaksiyaların· qanunauyğunluqlarını izah edir, hesablamalar aparır;  oksigenli, azotlu üzvi birləşmələrə, polimerlərə aid müşahidə və· ekspermentlər aparır, kimyəvi prosesləri modelləşdirir;  oksigenli, azotlu üzvi birləşmələrin və polimerlərin tətbiqinə dair layihələr· hazırlayır;  oksigenli, azotlu üzvi birləşmələrin, polimerlərin ətraf mühiti· çirkləndirilməsinin aradan qaldırılmasına dair layihələr hazırlayır;  oksigenli, azotlu üzvi birləşmələr və polimerlər sahəsində görkəmli alimlər· haqqında referatlar hazırlayır, təqdimatlar edir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Maddə və maddi aləm
Şagird:
1.1. Maddələrin xüsusiyyətlərinə dair bilik və bacarıqlar nümayiş etdirir.
 1.1.1. Maddələrin (oksigenli, azotlu üzvi birləşmələr və polimerlərin) tərkibini, quruluşunu, fiziki xassələrini şərh edir, təqdimatlar hazırlayır.
 1.2. Maddələr və onları təşkil edən hissəciklərin əlaqələrinə dair bilik və bacarıqlar nümayiş etdirir.
 1.2.1. Oksigenli, azotlu üzvi birləşmələrdə atomların qarşılıqlı təsirini izah edir.
1.3. Maddələrin tərkibinə və quruluşuna aid hesablamalar aparır.
1.3.1. Oksigenli, azotlu üzvi birləşmələrin və polimerlərin tərkibinə , quruluşuna aid hesablamalar aparır, təqdimatlar edir.
 2. Kimyəvi hadisələr
Şagird:
2.1. Kimyəvi hadisələrin baş vermə səbəblərini, qanunauyğunluqlarını mənimsədiyini nümayiş etdirir.
2.1.1. Oksigenli, azotlu üzvi birləşmələrə və polimerlərə aid reaksiyaların qanunauyğunluqlarını izah edir.
2.2. Kimyəvi reaksiyaların tənliklərini tərtib edir və hesablamalar aparır.
 2.2.1. Oksigenli, azotlu üzvi birləşmələr və polimerlərə aid reaksiyaların tənliklərini tərtib edir.
2.2.2. Oksigenli, azotlu üzvi birləşmələr və polimerlərə aid reaksiyaların tənliklərinə əsasən hesablamalar aparır.
3. Eksperiment və modelləşdirmə
Şagird:
3.1. Kimyəvi hadisələrə və onların qanunauyğunluqlarına aid eksperimentlər aparır.
3.1.1. Oksigenli, azotlu üzvi birləşmələr və polimerlərə aid eksperimentlər aparır, təqdimatlar hazırlayır.
3.2. Molekulların quruluşunu, kimyəvi prosesləri modelləşdirir.
 3.2.1. Oksigenli, azotlu üzvi birləşmələr və polimerlərin quruluşunu, onlara aid kimyəvi prosesləri modelləşdirir.
4. Kimya və həyat
 Şagird:
4.1. Kimyəvi maddələrin və proseslərin tətbiqinə dair biliklər nümayiş etdirir
4.1.1. Oksigenli, azotlu üzvi birləşmələr və polimerlərin tətbiqinə dair layihələr hazırlayır, təqdimatlar edir.
4.2. Ətraf mühitin kimyəvi maddələrlə çirklənməsinə və onun aradan qaldırılmasına dair məlumatlara malik olduğunu nümayiş etdirir.
4.2.1. Oksigenli, azotlu üzvi birləşmələr və polimerlərin ətraf mühiti çirkləndirməsini, . onun aradan qaldırılması yollarını şərh edir, layihələr hazırlayır.
4.3. Kimya sahəsində görkəmli alimlərin nailiyyətləri barədə məlumatlara malik olduğunu nümayiş etdirir.
4.3.1. Oksigenli, azotlu üzvi birləşmələr və polimerlər sahəsində görkəmli alimlər barədə referatlar hazırlayır, təqdimatlar edir.


Coğrafiya

X sinif

X sinfin sonunda şagird:
·     təbiət və cəmiyyətin öyrənilməsində təbiət elmlərinin rolunu müəyyənləşdirir;
·   Yerin hərəkətinin təbiətə təsirini riyazi üsullarla əsaslandırır;
·    kartoqrafik proyeksiyalar zamanı yaranan təhriflərin səbəblərini əsaslandırır;
·    xəritə üzərində hesablamalardan istifadə edə bildiyini nümayiş etdirir;
·    coğrafi təbəqənin inkişaf mərhələlərini izah edir;
·  müasir dövrdə dünya əhalisini müxtəlif xüsusiyyətlərinə görə təhlil edir, siyasi və iqtisadi inteqrasiyaların dünyanın idarə edilməsindəki rolunu əsaslandırır;
·   dünya ölkələrini müxtəlif xüsusiyyətlərinə görə qruplaşdırır.

Məzmun xətləri üzrə əsas və alt-standartlar

1. Coğrafi məkan
Şagird:
1.1. Coğrafi kəşflər nəticəsində cəmiyyətdə və xəritədə baş verən dəyişikliklərə aid bilik və bacarıqlar nümayiş etdirir.
1.1.1. Coğrafi hadisə və proseslərin öyrənilməsində təbiət elmlərinin qarşılıqlı əlaqəsini əsaslandırır.
1.2. Yerin Günəş sistemində mövqeyi və hərəkətlərinə dair bilik və bacarıqlar nümayiş etdirir.
1.2.1. Yerin və digər səma cismlərinin əmələ gəlməsinə dair məlumatlar təqdim edir.
1.2.2. Yerin hərəkətinin təbiətə olan təsirini riyazi üsullarla əsaslandırır.
1.3. Kartoqrafik təsvirlər üzərində bilik və bacarıqlar nümayiş etdirir.
1.3.1. Kartoqrafik proyeksiyalar zamanı yaranan təhrifləri əsaslandırır.
1.3.2. Kartoqrafik təsvirlər zamanı yaranan təhriflərə aid hesablamalar aparır.
2. Təbiət
Şagird:
2.1. Coğrafi təbəqədə baş verən hadisə və proseslərin ekocoğrafi nəticələrini mənimsədiyini nümayiş etdirir.
2.1.1. Yer qabığında dəyişikliklərə dair proqnozlar verir.
2.1.2. Geoxronoloji cədvəli oxuyur.
2.1.3. İqlim dəyişmələrinə və iqlim ehtiyatlarından istifadəyə dair təqdimatlar edir.
2.1.4. İqlim göstəricilərinə əsasən hesablamalar aparır.
2.1.5. Quru sularının xüsusiyyətlərinə dair layihələr hazırlayır, təqdim edir.
2.1.6. Quru sularının xüsusiyyətlərinə dair hesablamalar aparır.
2.1.7. Coğrafi təbəqənin qanunauyğunluqlarını izah edir.
2.1.8. Coğrafi təbəqənin sxemini qurur.
3. Cəmiyyət
Şagird:
3.1. Dünya əhalisinin müxtəlifliyinin səbəblərinə dair bilik və bacarıqlar nümayiş etdirir.
3.1.1. Əhalinin təbii artımının yaratdığı problemləri təhlil edir.
3.1.2. Əhalinin sıxlığını hesablayır, nəticələrini təqdim edir.   
3.2. Cəmiyyətlə iqtisadiyyatın qarşılıqlı əlaqəsinə aid bilik və bacarıqlar nümayiş etdirir.
3.2.1. Ölkələrin geosiyasi mövqeyini qiymətləndirir.
3.2.2. Siyasi münaqişələrin xəritədə yaratdığı dəyişiklikləri qeyd edir.
3.2.3. ETİ-nin təsərrüfatların ərazi və sahəvi strukturuna təsirini qiymətləndirir.
3.2.4. ETİ-nin təsərrüfat sahələrinə təsiri sxemini qurur.
3.2.5. Qlobal ekoloji problemlərin yaranmasında antropogen təsirin rolunu qiymətləndirir.


XI sinif

XI sinfin sonunda şagird:
· coğrafi tədqiqatların nəticələrinin tətbiqinin iqtisadi əhəmiyyətini izah edir;
· xəritələrdən istifadə edərək təbiət və təsərrüfatın yerləşmə qanunauyğunluqlarını təhlil edir;
·Yer kürəsində işıq və istiliyin paylanmasının insanın təsərrüfat fəaliyyətinə təsirini əlaqələndirir;
· coğrafi təbəqənin cəmiyyətin sosial-iqtisadi inkişafına təsirini qiymətləndirir;
· ölkələrin həyat səviyyəsini əhalinin həyat səviyyəsi ilə əlaqələndirir;
  təbiət və insanın qarşılıqlı əlaqəsindən yaranan problemləri izah edir və proqnozlar verir.


Məzmun xətləri üzrə əsas və alt-standartlar

1. Coğrafi məkan
1.1. Coğrafi kəşflər nəticəsində cəmiyyətdə və xəritədə baş verən dəyişikliklərə aid bilik və bacarıqlar nümayiş etdirir.
1.1.1. Coğrafi hadisə və proseslərin cəmiyyətin həyatına təsiri ilə bağlı tədqiqatlar aparır və nəticələrini təqdim edir.
1.2. Yerin Günəş sistemində mövqeyi və hərəkətlərinə dair bilik və bacarıqlar nümayiş etdirir.
1.2.1. Yerin hərəkətinin coğrafi nəticələrinin regionlar üzrə iqtisadiyyata təsirini əsaslandırır.
1.2.2. Yerin hərəkətinin coğrafi nəticələrini xəritə üzərində iqtisadi cəhətdən qiymətləndirir.
1.3. Kartoqrafik təsvirlər üzərində bilik və bacarıqlar nümayiş etdirir.
1.3.1.Xəritələrdə təbiət və təsərrüfatın yerləşməsi qanunauyğunluqları və anomaliyalarına dair məruzə və referatlar hazırlayır.
1.3.2. Kartoqrafik təsvirlər əsasında hər hansı ərazinin fiziki-iqtisadi təsvirini verir.
2. Təbiət
Şagird:
2.1. Coğrafi təbəqədə baş verən hadisə və proseslərin ekocoğrafi nəticələrini mənimsədiyini nümayiş etdirir.
2.1.1. Ərazilərin tektonik quruluşunun və təbii proseslərin ölkələrin iqtisadiyyatında rolunu izah edir.
2.1.2. Mineral ehtiyatların proqnozlarına dair hesablamalar aparır.
2.1.3. Atmosfer hadisələrinin yaratdığı ekoloji problemlərə dair məlumat və təqdimatlar hazırlayır.
2.1.4. İqlim xəritəsinə əsasən hər hansı ərazinin iqlim şəraitini təhlil edir.
2.1.5. Hidrosferdəki təbii sərvətləri iqtisadi və ekocoğrafi cəhətdən qiymətləndirir.
2.1.6. Hidrosferin ekoloji cəhətdən gərgin ərazilərini kontur xəritədə qeyd edir.
2.1.7. Bioloji ehtiyatlardan istifadəyə dair proqnozlar verir.
2.1.8. Bioloji ehtiyatlara dair hesablamalar aparır.
3. Cəmiyyət
Şagird:
3.1. Dünya əhalisinin müxtəlifliyinin səbəblərinə dair bilik və bacarıqlar nümayiş etdirir.
3.1.1. Əhalinin tərkibini təhlil edir.
3.1.2. Əhalinin tərkibinə aid sxemlər, diaqramlar hazırlayır.
3.2. Cəmiyyətlə iqtisadiyyatın qarşılıqlı əlaqəsinə aid bilik və bacarıqlar nümayiş etdirir.
3.2.1. Beynəlxalq inteqrasiyanın ölkələrin siyasi həyatında rolunu qiymətləndirir.
3.2.2. Xəritə üzərində inteqrasiyaya aid olan ölkələri qruplaşdırır.
3.2.3. Beynəlxalq iqtisadi münasibətlərin ölkələrin inkişafındakı roluna dair təqdimatlar edir.
3.2.4. İqtisadi göstəricilərə əsasən hesablamalar aparır, sxem və diaqramlar qurur.
3.2.5. Cəmiyyətin sosial-iqtisadi inkişafında ekoloji tarazlığın qorunmasını proqnozlaşdırır.

Комментариев нет:

Отправить комментарий