Azərbaycan Respublikası Təhsil Nazirliyi
Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 2-ci qrant müsabiqəsi
Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 2-ci qrant müsabiqəsi
"ÇAĞIRIŞAQƏDƏRKİ HAZIRLIQ MÜƏLLİMLƏRİNƏ MENTOR DƏSTƏYİ“ Layihəsi
Layihə Rəhbəri : e.o. B. L-nt Vasif RAMAZANOV
Sumqayıt şəhəri İnternat tipli Gimnaziyanın Çağırışaqədərki Hazırlıq Rəhbəri
Layihə müddəti : 20.06.2018 – 20.09.2018 , Sumqayıt şəhəri
Yekun-hesabat və təltifetmə tədbiri 4 sentyabr 2018-ci il tarixində Sumqayıt şəhər, Təhsil Şöbəsinin akt zalında keçirildi. Tədbirdə Sumqayıt İcra Hakimiyyətinin, Gənclər və İdman Şöbəsinin nümayəndələri, SHXÇDX Sumqayıt şəhər şöbəsinin əməkdaşları, Sumqayıt şəhər Təhsil Şöbəsinin metod-birləşmə rəhbəri Gülbahar Haqverdiyeva və metodistləri, məktəb direktorları və Çağırışaqədərki hazırlıq rəhbərləri iştirak etdilər.
Layihə çərçivəsində GÇH və İKT üzrə mentor dəstəyi təlimləri keçmiş müəllimlərə sertifikatlar təqdim edildi. Elan olunmuş layihə daxili müsabiqə nəticələrinə görə “Ən yaxşı elektron dərs” nominasiyasının qalibləri diplomlarla təltif olunub. Layihənin icrası zamanı dəstək göstərmiş şəxslərə təşəkkürnamələr verilib.
Layihə çərçivəsində çap olunmuş Çağırışaqədərki hazırlıq fənni üzrə metodik vəsait və layihənin saytı iştirakçılara təqdim edilib.