Azərbaycan xalqının milli qurtuluş günü
Azərbaycan Respublikasında rəsmi
bayram. 1997-ci
il 15 iyunda bayram
elan edilib. 1997-ci
ildən qeyd olunan bayrama 1998-ci
ildən dövlət statusu verilmişdir.
1991-ci ilin oktyabrında
Azərbaycan müstəqillik əldə etdi. Lakin müstəqilliyin ilk illəri siyasi
hakimiyyət boşluğu və dövlətin əsaslarının, ordu və dövlət təhlükəsizliyi
orqanları da daxil olmaqla, dövlətin bütün təsisatlarının boşluğu ilə əlamətdar
idi. Ermənistanın ilhaqçılıq niyyəti güdən təcavüzü respublikada vəziyyəti daha
da gərginləşdirirdi.
Vətənin bu ağır dövründə Heydər Əliyev xalqın
təkidli tələbləri ilə hakimiyyətə qayıtdı. 1993-cü il iyunun 15-də Heydər
Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi.
Beləliklə, 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi
daxil oldu.
1993-сü ilin əvvəllərindən ölkədə fəaliyyət
göstərən bəzi silahlı dəstələrin yol verdikləri başıpozuq hərəkətlər,
Azərbaycanın daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaranması,
ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyllərinin baş qaldırması
Azərbaycanın bir dövlət kimi varlığına birdəfəlik son qoyulması planını tam
gücü ilə işə salmışdı. İki illik müstəqillik tarixinə baxmayaraq, ölkə
təbəddülatlar dalğasından hələ də xilas ola bilməmişdi. 1993-cü il iyunun
4-də Gəncədə polkovnik Surət Hüseynovun nəzarəti
altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi isə ölkəni tamamilə xaosa
sürükləyirdi. Situasiyanı nəzarətə almaq üçün hakimiyyətin atdığı tələsik
addımlar vəziyyəti düzəltmədi. Əksinə, Gəncəyə yola düşən dövlət nümayəndələri
girov götürüldü. Qiyamçı hərbi hissənin rəhbərliyi əvvəlcə Baş nazir və Milli
Məclis sədrinin, sonra isə prezidentin istefasını tələb etdi. Vəziyyət
nəzarətdən çıxır, ətraf rayonların icra başçıları zorla dəyişdirilir, Surət
Hüseynovun qiyamı məhdud Gəncə civarlarından çıxaraq, üzü Bakıya doğru geniş miqyas alırdı. Ölənlər
və yaralananlar var idi. Belə bir vaxtda dövləti məhv olmaqdan xilas etmək üçün
ölkə rəhbərliyi Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət etmək
qərarına gəldi.
Bakıya qayıdandan sonra Surət Hüseynovla danışıqlar
aparmaq məqsədilə Gəncəyə yola düşən Ulu Öndər Heydər Əliyev Milli Məclisin iclasında Gəncə hadisələri
ilə bağlı arayış verdi. Beləliklə, iyunun 15-də Milli Məclisdə Heydər Əliyev
istefa vermiş İsa Qəmbərin yerinə
parlamentin sədri seçildi.
Sonralar millət vəkilləri 15 iyun tarixinin təqvimə
Azərbaycanın Qurtuluş günü kimi salınması təklifi ilə çıxış etdilər və Milli
Məclis bu təklifi bəyəndi. O vaxtdan Heydər Əliyevin yenidən hakimiyyətə
qayıdışı Milli Qurtuluş günü kimi qeyd edilir. Artıq bir neçə ildir ki, xalq bu
günü Heydər Əliyevin məzarını ziyarət etməklə anır.
Комментариев нет:
Отправить комментарий