Azərbaycan Respublikası Silahlı Qüvvələri günü
Azərbaycan Silahlı Qüvvələrinin yaranma
tarixi kimi qeyd edilən rəsmi bayram. İlk dəfə Azərbaycan Respublikası
Prezidentinin 1992-ci il 18 sentyabr tarixli fərmanı ilə təsis edilmiş və
1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan
ordusunun yaradılması barədə Azərbaycan Ali Sovetinin qərarının qəbul edildiyi
tarix – 9 oktyabr, Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan
edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 22 may 1998-ci il tarixli Fərmanına əsasən həmin
fərman qüvvədən düşürülmüş və 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri
günü elan edilmişdir.
1918-ci il
26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlandı.
Avqustun 1-də AXC-nin Hərbi Nazirliyi təsis edildi. General Səməd bəy
Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əlağa Şıxlinski nazir
müavini təyin edildilər. Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz
İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas
etdi.Bu hərbi birləşmələr Muğanda və Əsgəranda milli hökumətə qarşı baş vermiş
qiyamları yatırmaqda yüksək səriştəlilik göstərdi, Qazaxda Azərbaycan
sərhədlini pozmuş erməni nizami ordu hissələrini darmadağın etdi. Azərbaycan
ordusunun Hüseynxan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım
Qacar, Cavad bəy Şıxlinski, Həbibbəy Səlimov kimi generalları var idi. AXC
süqut etdikdən sonra bolşevik hökuməti Milli Ordunu ləğv etdi.
Onun rəhbərlərinin əksəriyyəti Nargin adasına aparılıb güllələndi.
Sovet hakimiyyəti dövründə də Rusiya imperiyasının azərbaycanlılara qarşı hərbi
siyasəti dəyişməmişdi. Sovet dövründə çar dövründən fərqli olaraq azərbaycanlı
gənclər hərbi xidmətə çağırılırdılar. Lakin onlar döyüş üçün nəzərdə tutulmuş
hərbi hissələrdə yox, əsasən tikinti batalyonlarında xidmət edirdilər.Məqsəd
aydın idi - azərbaycanlılar arasında hərb elminə dərindən yiyələnən, müasir
silahlarla rəftar etməyi bacaran hərbçilərin yetişdirilməsinə imkan verməmək.
Bu siya- sətin mahiyyətini yaxşı başa düşən Heydər Əliyev Azərbaycanda
hakimiyyətə gəldikdən sonra, 1971-ci il iyunun 20-də C. Naxçıvanski adına
ixtisaslaşdırılmış hərbi məktəb təşkil etdi. Dövlət başçımız azərbaycanlı
gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə,
eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmasına
nail olmuşdu.
C. Naxçıvanski adına Hərbi Liseyin milli zabit kadrlarımızın
yetişdirilməsində və o dövrdə ali hərbi məktəbləri bitirmiş şəxslərin silahlı
qüvvələrin formalaşmasında müstəsna rolu vardır. Bu məktəblərdə yetişən
Azərbaycan hərbçiləri Birinci Qarabağ müharibəsində misilsiz igidliklər
göstərmişlər. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra milli
ordunun yaradılması günün ən vacib məsələsinə çevrilmişdi.Lakin hələ 1991-ci il
sentyabrın 5-də Müdafiə Nazirliyinin yaradılması barədə qərarın və həmin ilin
oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti tərəfindən silahlı
qüvvələrin yaradılması haqqında qanunun qəbul edilməsinə baxmayaraq, o dövrün Respublika
rəhbərliyi bu qərarların həyata keçirilməsi üçün heç bir səy göstərmirdi.
Ermənistanın gündən-günə genişlənməkdə olan hərbi təcavüzü Milli Ordunun
yaradılması işini sürətləndirməyi tələb edirdi. Lakin ilk vaxtlar yaradılmış
hərbi hissələr müxtəlif siyasi qüvvələrin əlində alətə çevrilmişdi.
Ordu quruculuğuna yalnız 1993-cü ildən başlamaq mümkün oldu. Bu
dövrdən etibarən ölkədəki silahlı qüvvələr dövlətin tam nəzarətinə keçdi.
Görülmüş tədbirlər nəticəsində qısa zaman kəsiyində Füzuli və Ağdam rayonlarının
bir sıra yaşayış məntəqələri işğaldan azad edildi, cəbhədə təşəbbüs Azərbaycan
ordusunun əlinə keçdi. Bu uğurların müvəqqəti olduğunu güman edən düşmən öz
havadarlarının köməyindən və silah sursatından istifadə edərək 1994-cü ilin ilk
aylarında bütün cəbhə boyu irimiqyaslı hücum əməliyyatlarına başladı. Lakin
Azərbaycan ordu hissələrinin Füzuli, Beyləqan, Ağdam və Tərtər
istiqamətlərindəki müqaviməti ilə rastlaşan və Azərbaycan əsgərinin qəhrəmanlıq
nümunələrinin şahidi olan düşmən cəbhədə atəşkəsə razılıq verməli oldu.
Azərbaycan
Respublikasının Prezidenti Heydər Əliyev hərbi təhsil sisteminin daha da
inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın
yaradılması haqqında fərman imzalamışdır.
Prezidentin 20 avqust 2001-ci il tarixli fərmanı ilə Silahlı Qüvvələr
üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi
sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Ali Hərbi Məktəbi,
Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi
adlandırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam
etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Bu ordu işğal
olunmuş əraziləri düşməndən azad etməli, ölkənin ərazi bütövlüyünü qorumalıdır.
Tarixi varislik ənənəsinə uyğun olaraq Prezidentin fərmanı ilə Azərbaycan Xalq
Cümhuriyyəti dövründə Milli Ordunun yarandığı 26 iyun günü Azərbaycan Silahlı
Qüvvələri Günü kimi bayram edilir.
1918-ci il iyunun 26-da Azərbaycan Demokratik
Respublikası Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi
hissə – əlahiddə Azərbaycan korpusu yaradıldı. Bu qərar Şərqin müsəlman
aləmində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verdi. 1920-ci
ilin aprelində Azərbaycanın Sovet işğalından sonra milli ordu ləğv edildi.
Azərbaycanın
dövlət müstəqilliyinin bərpasından sonra, 1991-ci
il oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti milli ordunun
yaradılması haqqında qərar qəbul etdi.Geostrateji mövqeyinə görə, böyük
dövlətlərin maraqlarının kəsişdiyi ölkə olan Azərbaycanda Demokratik Respublikanın yarandığı gündən,
dövlətçiliyin mühüm atributu sayılan nizami ordu quruculuğu istiqamətində mühüm
addımlar atıldı. 1918-ci il mayın 28-də qəbul edilmiş "İstiqlal
bəyannaməsi"ndə qeyd edilirdi ki, Azərbaycan özünü xarici
müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün
nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır.
Hökumət
tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi irəli sürüldü. Dövlət
büdcəsinin 24 faizi hərbi məqsədlərə ayrıldı. Avqustun 1-də isə Hərb Nazirliyi
təsis olundu. Azərbaycanın ilk hərbi naziri Xosrov bəy Sultanov təyin
edildi. Daha sonra onu bu postda general Səməd bəy Mehmandarov əvəzlədi.
General-leytenant Əliağa Şıxlinski isə
nazir müavini təyin edilmişdi.
Azərbaycanda ilk hərbi parad 1919-cu
ildə Bakıda indiki Muzey mərkəzinin yerləşdiyi ərazidə
keçirilib.Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə
birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından azad etdi.
Azərbaycan ordusunun Hüseyn xan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbibbəy Səlimov kimi
generalları olmuşdu.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz hərbi
sahədə ciddi böhranla üzləşdi. Nizami orduya malik olmayan Azərbaycanın
qarşısında duran əsas iş Qarabağuğrunda gedən döyüşlərdə vəziyyəti nəzarət altına almaq
idi ki, bu da çox çətinliklə həyata keçirilirdi. Ordunun maddi-texniki təminatı
problemlərlə müşayiət edilirdi. Ancaq tədricən müharibədəki məğlubiyyətlərin
qarşısını almaq üçün ölkənin bütün imkanları milli ordu quruculuğuna səfərbər
edildi. Könüllü batalyonlardan nizami orduya doğru ilk ciddi addımlar atıldı.
Qismən hərbi səfərbərlik və orduya çağırış işi yoluna qoyuldu. 1992-ci
il oktyabrın 9-da Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin hakimiyyəti
zamanında Bakıda keçirilən hərbi parad orduya olan inam və marağı, eləcə də
vətənpərvərlik ruhunun artırılması üçün atılan addım oldu. Ölkəmizdə peşəkar
ordu quruculuğunun əsası isə 1993-cü ilin sonlarında qoyuldu. Məhz həmin
vaxtdan ordu quruculuğuna elmi prinsiplərlə yanaşıldı, silahlı qüvvələr
pərakəndəlikdən xilas oldu, ordudakı siyasiləşməyə son qoyuldu. Heydər Əliyev hakimiyyəti dövründə
həm prezident, həm də ali baş komandan olaraq, ordunun qüdrətli olmasına
diqqəti yönəltdi.
Prezident Heydər Əliyevin 22 may 1998-ci il Sərəncamına əsasən,
Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan
Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi
dövlət bayramı kimi qeyd edilir.
Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu
Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından
ibarətdir. Bu qoşun növləri potensial rəqiblə qırıcı və bombardmançı
təyyarələrlə effektiv mübarizə aparmaq iqtidarındadır. MDB çərçivəsində
Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən
sayılır. Büdcə vəsaiti ildən-ilə artırılan Azərbaycan Silahlı Qüvvələrinin buna
müvafiq olaraq hərbi imkanları da genişlənir.
Комментариев нет:
Отправить комментарий